Cənub qonşumuzun İslam dünyasına xəyanət mövqeyi
Digər xəbərlər

Cənub qonşumuzun İslam dünyasına xəyanət mövqeyi

Cənub qonşumuz yenə saxta iddialarla gündəmə gəlib. Belə ki, aprelin 5- İran parlamenti tərəfindən Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanat qəbul edilib. Reallıqdan uzaq bəyanatda Azərbaycanın yəhudi dövləti ilə yaxınlaşmasının guya mollaların əleyhinə addım olduğu bəhanə gətirilib parlamentin 210 deputatı sənədin lehinə səs verib.

 İranlı deputatlar ölkənin Xarici  İşlər Nazirliyini Azərbaycan-İsrail əlaqələri ilə bağlı diplomatik tədbirlər görməyə çağırıblar. Cənub qonşumuz, həmçinin ərəb islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını da məsələni pisləməyə səsləyib. Görünür, İran tərəfinə Azərbaycanın İƏT- yüksək səviyyəli əməkdaşlığını da xatırlatmaq lazımdır. Belə kiİƏT vaxtilə Azərbaycan torpaqlarının işğalda qalmasına qəti etiraz bildirmişdi. İranın daxilindəki türklərlə yanaşı, ərəblərə düşmən münasibəti bəsləməsini unutmamaq vacibdir. Bütün bunları bilə-bilə İslam Əməkdaşlıq Təşkilatı üçün İrana dəstək verməlidir?

Bəyanatda hətta Azərbaycan hökumətinin sionist rejimin mərkəzində səfirlik açmasının İslam dünyasının maraqlarına zidd hərəkət olaraq qələmə verilməsi kimi gülünc iddialar da öz əksini tapıb. Həmçinin Azərbaycan-İsrail münasibətlərinin bir çox mənfi siyasi nəticələrə yol açacağı ölkəmizə müsəlmanları fələstinliləri öldürən, əziyyət edən sionist rejimin ortaqları kimi baxılacağı da yer alıb. İranın bu fikirdə olması əslində, mollaların ölkəmizə qarşı yeritdiyi qərəzli siyasətdən xəbər verir. Bəs, 30 il boyunca Ermənistan bizim xalqımıza zülm edəndə, məscidlərimizdə donuz saxlayanda İran üçün "müsəlman ölkəsi" olduğunu xatırlamadı? Görünür, mollalar dindən ancaq öz məkrli planlarını həyata keçirmək üçün istifadə edirlər. İranın gözü ölkəmizin regiondakı nüfuzunu götürmür.

Ümumilikdə, mollalar Azərbaycanın gücünü, ölkənin etibarlı tərəfdaş kimi beynəlxalq arenada adının hallanmasını heç cür qəbullana bilmirlər. 44 günlük Vətən müharibəsində İranın Ermənistana dəstəyi bunun təzahürüdür. Sadaladığımız faktlar cənub qonşumuzun xainliyini sübuta yetirsə , mollaların İsrailə qarşı belə yanaşmasına anlam vermək çətindir. Xatırladaq ki, hazırda Tehranda kifayət qədər yəhudi yaşayır. Bundan əlavə, İsraildə xeyli sayda iranlı var. Görünür, İran İsraili özünün fövqəltəbii düşməni statusuna qaldırmaqla ziddiyyət yaratmağa çalışır. Çox güman ki, mollaların məqsədi daxildə idarəçilik üçün müəyyən ideoloji motiv formalaşdırmaqdır. İranın bu məsələyə Azərbaycanı qatması isə heç etik deyil.

Azərbaycan hər zaman olduğu kimi, bu dəfə əsassız iddialara layiqli cavabını verib. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi aprelin 7- cənub qonşumuzun parlamentinə cavab bəyanatı hazırlayıb. Bəyanatda xain İranın bu addımı qəti şəkildə pislənib mollaların ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilib.

Xatırladaq ki, bu, İranın ölkəmizə qarşı yürütdüyü anti-Azərbaycan siyasətinin ilk nümunəsi deyil. Lakin heç bir ölkə Tehranın sözü ilə Azərbaycana qarşı çıxmayacaq. İranın əsassız ittihamları da elə molla rejiminin özünə qalacaq. İran İslam dininə zidd olan fəaliyyətinə, müasir dövrdə məzhəbçiliyi siyasi vasitəyə çevirdiyinə görə mütləq öz cəzasını çəkəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".