MM-in komitə sədri: Avropa Parlamentinin növbəti qərəzli qətnaməsi həm də islamofob xarakteri daşıyır
Siyasət

MM-in komitə sədri: Avropa Parlamentinin növbəti qərəzli qətnaməsi həm də islamofob xarakteri daşıyır

“Heç kim Azərbaycanın suverenliyini tam bərpa etməsi yolundan döndərə bilməz. Ölkəmizə qarşı hər zaman qərəzli mövqe nümayiş etdirən Avropa Parlamentinin oktyabrın 5-də qəbul etdiyi növbəti qərəzli qətnaməsi həm də islamofob xarakteri daşıyır”.

"Respublika" xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qətnaməsinə münasibət bildirərkən səsləndirib.

Komitə sədri bildirib ki, adətən, Fransa başda olmaqla ermənipərəst qüvvələrin müstəmləkəçilik siyasəti iflasa uğrayandan sonra bu tipdə qətnamələr qəbul edilir.

Səməd Seyidov vurğulayıb ki, heç kim Azərbaycanın işlərinə müdaxilə edə bilməyəcək.