MİNGƏÇEVİR: “MÜSTƏQİL AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR”
Region

MİNGƏÇEVİR: “MÜSTƏQİL AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətində geniş tədbirlər planı hazırlanaraq, şəhərin bütün idarə, müəssisə və təşkilatlarına, təhsil,  səhiyyə, mədəniyyət ocaqlarına göndərilmişdir. Tədbirlər planına müvafiq olaraq şəhərdə silsilə tədbirlər həyata keçirilir. Ötən gün şəhər icra hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə Mənzil İstismar Sahələrinin ərazilərində yaşayan uşaqların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunmuş, sərgiyə baxış keçirilmiş və ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki,  bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan uğurla inkişaf edir, yeni hədəfləri müəyyənləşdirməklə gələcəyə inamla baxır. Məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq, son 20 ildə ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında uğurlar qazanılıb.

Sonda, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid uşaqları maraqlandıran suallar cavablandırılmışdır.

            Zabit XƏLİLOV,

            “Respublika”.