Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb
Məlumat

Milli Məclisin nümayəndə heyətinin İrlandiyaya işgüzar səfəri başlayıb

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlament Spikerlərinin Avropa Konfransında iştirak etmək üçün İrlandiyanın Dublin şəhərinə işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Milli Məclisin sədri Parlament Spikerlərinin Avropa Konfransında çıxış edəcək, tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.