MİDA güzəştli mənzillərin satışını həyata keçirir
Digər xəbərlər

MİDA güzəştli mənzillərin satışını həyata keçirir

İyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan 3 yaşayış kompleksində 1189 mənzilin satışı həyata keçirilir.

“Respublika” xəbər verir ki, bu barədə Agentliyin aparat rəhbəri Fərman Qurbanov güzəştli mənzillərin satışı ilə bağlı tədbirdə deyib.

F.Qurbanov bildirib ki, bu mənzillərin 510-u Hövsan Yaşayış kompleksinin ikinci mərhələsində, 436-si Yasamal yaşayış kompleksinin ikinci mərhələsində, 243-isə Gəncə yaşayış kompleksində yerləşir.

Qeyd edək ki, mənzillərin seçim prosesi davam edir və bütün məlumatlar agentliyin saytında yerləşəcək.