Növbəti qələbəmiz
Digər xəbərlər

Növbəti qələbəmiz

Aprelin 23-də Azərbaycan Ermənistanla şərti sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulmasına nail olub. Dövlət başçısı İlham Əliyev fevralın 18- Münxendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verən zaman nəzarət-buraxılış məntəqəsinin yaradılmasının zəruriliyi haqqında danışmışdı: "... Ermənistan Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar...". Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı qələbəni uğuru postmünaqişə dövründə davam etdirir.

Mövcud situasiyanı şərh edən politoloq İlyas Hüseynov qeyd edir ki, Azərbaycanın Laçın-Xankəndi yolu üzərində qurduğu nəzarət-buraxılış məntəqəsi hazırkı geosiyasi reallıqlarda mühüm əhəmiyyət kəsb edən hadisədir. Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfi bu yol vasitəsilə silah-sursat, mina, texnika canlı qüvvənin daşınmasını həyata keçirirdi. Bu da birbaşa olaraq regional sülhə təhlükəsizliyə, həmçinin sabitliyə böyük təhdidlər formalaşdırırdı. Separatçılar onların ətrafında formalaşan 11 min nəfərlik bu ordu hazırda çıxılmaz vəziyyətə düşmüş olur. Hazırda əsas məqsədimiz nəzarət-buraxılış məntəqəsinin təyinatı üzrə istifadə olunması, 3- ölkə vətəndaşlarının bura daxil olmasına icazə verməməkdir. Bununla yanaşı, Ermənistan pasportu ilə keçiddən istifadə edən şəxslərin kimliyini müəyyənləşdirmək, Azərbaycana gəlişlərinin məqsədini araşdırmaq eyni zamanda Qarabağda yaşayan ermənilərin yenidən inteqrasiyasının təmin olunmasında bu xüsusi rejimləri tətbiq etmək s. əsas məsələdir. Bütün bunlar üçtərəfli Bəyanatın 4- maddəsində açıq şəkildə göstərilib. Buna görə artıq Laçın yolu vasitəsilə qeyri-qanuni hərəkətlər mövcud olmayacaq.

"Digər tərəfdən artıq bu məsələ ilə bağlı müxtəlif dövlətlər əsassız bəyanatlar səsləndirməyə başlayıblar. Xüsusilə Fransanın bu cür bəyanatlar verməsini biz əvvəlcədən proqnozlaşdırmışdıq. Hər zaman olduğu kimi, Azərbaycan bu dəfə qətiyyətli prinsipial mövqeyini nümayiş etdirməlidir. Biz milli iradəmizi, milli istəklərimizi, konstitusiya qanunvericilikdən irəli gələn haqlarımızı dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. bu bizdən güclü siyasi iradə tələb edir. Prezident, Ali Baş Komandan İlham Əliyev bu günə qədər bütün dünyaya müdrik diplomatiyasını göstərib bundan sonra da Azərbaycanın milli maraqları çərçivəsində fəaliyyətini yüksək səviyyədə davam etdirəcəkdir. Laçın-Xankəndi yolu üzərində qurulan nəzarət-buraxılış məntəqəsi tarixi qələbə kimi qiymətləndirilir. Çünki postmünaqişə dövründə Vətən müharibəsində qazandığımız qələbənin üzərindən xətt çəkmək, revanşist iddiaları reallaşdırmaq, regionu yeni müharibə burulğanına sürükləmək cəhdləri aydın müşahidə olunur. Azərbaycan icazə verə bilməz ki, Ermənistan regional təhlükəsizlik arxitekturasına zərbə vursun. Biz regionun təhlükəsizliyinin qarantı kimi çıxış edirik", - deyərək politoloq vurğulayıb.

M.BAĞIRLI,

"Respublika".