Məşğulluq marafonu
Sosial həyat

Məşğulluq marafonu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”nda iştirak edən işəgötürənlərin sayı artaraq 534-ə çatıb. Onlar tərəfindən marafona artıq 2833 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 832 nəfər (o cümlədən 138 şəhid ailəsi üzvü və 694 qazi) işlə təmin olunub. “Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

“Respublika”.