Kotirovka
Reklam və elanlar

Kotirovka

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə illik tələb olunan elektrotexniki alətlərin satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il noyabrın 18-i saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1176.


Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 05 fevral 2019-cu il tarixində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş evlərin bərpası və tikintisi üzrə aşağıdakı Lotlar üzrə

TƏKLİFLƏR SORĞUSUNA DƏVƏT EDİR

Tender 4 lot üzrə keçirilir:

Lot 1 - İsmayıllı şəhərinin Ü.Hacıbəyov küç., ev 6 ünvanda 1 ədəd, rayonun Talıstan kəndində 2 ədəd fərdi yaşayış evinin bərpası (3 ədəd)

Lot 2 - Şamaxı rayonunun Məlçək kəndində 2 ədəd, Göylər kəndində 2 ədəd fərdi yaşayış evinin bərpası ( 4 ədəd)

Lot 3 - Şamaxı rayonu ərazisində 6 ədəd evin bərpası (6 ədəd)

Lot 4 - İsmayıllı rayonunun Diyallı kəndində 2 ədəd, Müdrü kəndində 1 ədəd fərdi yaşayış evinin bərpası (3 ədəd)

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu və iş həcmlərini Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə Agentliyin TOOBM-i (Əlaqələndirici şəxs: Dilarə Qasımova, telefon: 512-22-68) ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot 1 - 50 manat

Lot 2 - 50 manat

Lot 3 - 100 manat

Lot 4 - 50 manat

TOOBM-in bank rekvizitləri:

A1.Emitent (ödəyən bank) Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT CTREAZ22 FHN TOOBM

Xəzinə hesab kitabı:2658301-(003272)

H/h AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond:7

İqtisadi təsnifat:142330

Funksional təsnifat:1433

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; lisenziyası;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 19/10/2021-ci il saat 10:00-a qədər Bakı şəhəri, Füzuli küçəsi 69, 5-ci mərtəbə (522-ci otaq) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 19/10/2021-ci il tarixində, saat 12:00-da Füzuli küçəsi 69 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Azərbaycan Dövlər Aqrar Universiteti Tədris-təcrübə təsərrüfatının əsaslı təmir işləri (LOT1) və Biotexnologiya laboratoriyasında aprobasiya otağının düzəldilməsi (LOT2) üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.

 Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Səadət Süleymanova

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450

E-mail: [email protected]

Tel: 266-99-46

Tender 2 (iki) lot üzrə keçiriləcək:

Lot 1 - Tədris-təcrübə təsərrüfatının əsaslı təmir işləri

Lot 2 - Biotexnologiya laboratoriyasında aprobasiya otağının düzəldilməsi

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və asan ödəniş vasitəsi ilə 250 (iki yüz əlli) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər.

 Tələb olunan sənədləri son təqdim olunma tarixi 12.11.2021-ci il saat 17:00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 22.11.2021-ci il, saat 17:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri zərfləri 23.11.2021-ci il tarixində saat 17:00-da elektron portal vasitəsilə açılacaqdır.