TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs 2021-ci il üçün aşağıda qeyd edilmiş Lot üzrə

AÇIQ TENDER ELAN EDIR

Lot - Dərman preparatlarının və Tibbi sərfiyyat mallarının satınalınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar Lot üzrə 2000 (iki min) manat iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra ödəniş qəbzi ilə birlikdə müraciət məktubu Azadlıq pr.112 ünvanına təqdim edə və şərtlər toplusunu əldə edə bilərsiniz.

Alan müəssisə: Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs

Bank rekvizitləri:

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Kod: 805614

VÖEN: 9900001881 

“Bakı Sağlamlıq Mərkəzi”PHŞ

H/H: AZ96İBAZ38060019446072055207

M/H: AZ03NABZ01350100000000002944

VÖEN:1402500641

S.W.İ.F.T. İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı əsas meyarlara üstünlük veriləcəkdir: Mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə iş təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

-tender təklifi- zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır;

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldıqdan sonra ən azı 70 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi ilə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmır);

Texniki göstəricilərinə dair meyarlar:

Məhsulların sifariş zamanı qüsursuz və tələb olunan vaxtda ünvana çatdırılması

Malların funksional xüsusiyyətləri.

Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir.

1.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

2. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (arayış 2021-ci ildə ikinci rübdə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir)

3. İddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti (arayış 2021-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir)

4.Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır)

5.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır)

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

7.İddiaçının tam adı, hüquqi statusu, nizamnamə, qeydiyyatdan keçdiyi ölkə, rekvizitlər

8. “Tender iştirakçısının komplekt anket” Forması

9. “İxtisas göstəriciləri üzrə Məlumat” Forması.

Tender proseduru haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra yuxarıdakı hesaba lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Azadlıq pr.,112 ünvanından əldə edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) 01.10.2021-ci il saat 16:00 tarixinə qədər,tender təklifi ilə bank təminatı sənədlərini isə möhürlənmiş ikiqat zərfdə 11.10.2021-ci il saat 17:00 tarixinə qədər Azadlıq pr.112 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təkliflərinin açılışı 12.10.2021-ci il saat 16:00 tarixində Azadlıq pr.112 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). İddiaçı tender ilə bağlı sualları, Tender haqqında əlavə məlumatları aşağıdakı ünvandan ala bilər.

Bakı şəhəri, Azadlıq prospekti 112

Telefon: 0512297020


“ASK ŞÜŞƏ” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Çöl şpatı.

Həcmi: 1550 ton; Standartı: QOST 13451-77, PŞS-0,20-16; 1 tonluq böyük kisələrdə (big-bag).

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs: Təyublı Mirteyub (tel.:+994 (55) 226-40-34, +994 (12) 505-95-11 (daxili - 422) email: [email protected]).

İştirak haqqı: Lot 1- 100 (yüz) manat

İştirak haqqı “Asan ödəniş” vasitəsi ilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) üzərindən həyata keçirilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün onlayn müraciət (etender.gov.az)

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifinin 1%-i həcmində təminat (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti)

6.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

7.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

9. İddiaçının son 1 (bir) il ərzində gördüyü analoji işlər haqqındakı məlumat

10. Malların mənşə ölkəsini (mənşə sertifikatı) və keyfiyyətini təsdiq edən sənəd (əsli)

11. Malların nümunəsi (qiymət təklifi verilən tarixə qədər Qaradağ rayonu, Salyan şosesi 25 “ASK ŞÜŞƏ” MMC ünvanına təqdim olunmalıdır)

12.İri sahibkarlara elektron satınalmada iştirak etmək Nazirlər Kabinetinin №556 nömrəli qərarına əsasən icazə verilmir (işçi sayı 250 nəfərdən artıq olduğu təqdirdə).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15.09.2021-ci il saat 16:15 tarixinə qədər, tender təklifini isə 23.09.2021-ci il saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24.09.2021-ci il saat 16:15-də dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


“ASK ŞÜŞƏ” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Sənaye və mühərrik sürtkü yağları.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Təyublı Mirteyub (tel.:+994 (55) 226-40-34, +994 (12) 565-71-90 (daxili - 164) email: [email protected]).

İştirak haqqı: Lot 1 - 100 (yüz) manat

İştirak haqqı “Asan ödəniş” vasitəsilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) üzərindən həyata keçirilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün onlayn müraciət (etender.gov.az)

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifinin 1%-i həcmində təminat (tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti);

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)

7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

8.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)

9.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

10. İddiaçının son 1 (bir) il ərzində gördüyü analoji işlər haqqındakı məlumat

11. Malların mənşə ölkəsini (mənşə sertifikatı) və keyfiyyətini təsdiq edən sənəd (əsli)

12. Malların nümunəsi (qiymət təklifi verilən tarixə qədər Qaradağ rayonu, Salyan şosesi 25 “ASK ŞÜŞƏ” MMC ünvanına təqdim olunmalıdır).

13.İri sahibkarlara elektron satınalmada iştirak etmək Nazirlər Kabinetinin №556 nömrəli qərarına əsasən icazə verilmir (işçi sayı 250 nəfərdən artıq olduğu təqdirdə).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 sentyabr 2021-ci il saat 16:00 tarixinə qədər, tender təklifini isə 23 sentyabr 2021-ci il saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24.09.2021-ci il saat 16:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Sabirabad Mexaniki Suvarma İdarəsi nəqliyyat vasitələri və maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar

AÇIQ TENDERƏ DƏVƏT

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını portalda Asan ödəniş vasitəsilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əlixanov Elçin Soltan oğlu, E-mail: [email protected], Tel.: 021-236-42-87

İştirak haqqı: 100 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. İddiaçılar müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş et” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox) qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 sentiyabr 2021-ci il saat 10:00-a qədər, tender təklifi və bank təminatını isə 23 sentiyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 24 sentiyabr 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada Portal vasitəsilə aparılır.