Mərkəzi Bank: Bugünkü hərracda tələb 19,3 milyon dollar təşkil edib
İQTİSADİYYAT

Mərkəzi Bank: Bugünkü hərracda tələb 19,3 milyon dollar təşkil edib

İyulun 13-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

“Respublika”nın məlumatına görə, bankdan bildirilib ki, hərracda tələb 19,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.