Energetika: Yüksək texnologiyalar tətbiq olunur
İQTİSADİYYAT

Energetika: Yüksək texnologiyalar tətbiq olunur

Son illərdə ölkəmizdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir eyni zamanda hazırda ixrac imkanları yaradılmışdır. Enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə dünya standartları səviyyəsinə çatdırılmasına maksimum səy göstərilir.

Vətən müharibəsində tarixi qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir, bu sahədə qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Bu isə yurd yerlərinə dönən insanların həyat tərzinin yaxşılaşmasına, sosial-iqtisadi vəzifələrin reallaşmasına imkan verir.

"Azərişıq" ASC Prezident İlham Əliyevin Sərəncamı ilə 9 il öncə yaradılmışdır. Artıq kollektivin təcrübəli energetiklər ordusu formalaşmışdır. Abonentlər fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilir.

"Azərişıq" ASC-nin uğurlu fəaliyyəti sayəsində paytaxtın Nərimanov rayonunda son illər müsbət dəyişikliklər müşahidə olunur, xidmət işi abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər aparılır.

İdarənin rəisi təcrübəli energetik Nadir Şirəliyevlə ərazidə görüşdük. O, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi: "Kollektivimiz öz vəzifə borclarını ləyaqətlə yerinə yetirir, çalışırıq ki, ölkəmizdə enerji dayanıqlılığı daim təmin olunsun, yüksək texnologiyalar tətbiq edilsin".

Prezident İlham Əliyevin bu fikrini xatırlamaq yerinə düşər: "Biz çox müasir enerji sistemimizi yaratdıq bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxlu səfərlərim çərçivəsində mən həmişə maraqlanmışam vətəndaşlardan soruşuram ki, enerji təchizat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu onu göstərir ki, "Azərenerji" "Azərişıq" bu istiqamətdə çox böyük işlər görürlər...".

Hazırda Nərimanov rayonunun ərazisində 80 min abonent var. Əhali arasında elektrik enerjisindən səmərəli istifadə etmək üçün geniş maarifləndirmə işləri aparılır, müxtəlif ərazilərdə reydlər keçirilir. Energetiklərimizin birgə səyi nəticəsində cari ilin ötən 3 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə yığım faizi artmış, abonentlərə xidmət işinin səviyyəsi yüksəlmişdir. İlin birinci rübündə 110/15,10 35/10 kv-luq yarımstansiyalarda təmir sınaq işləri aparılmış, rell-mühafizə avtomatika sistemləri yoxlanılmış, plan qrafikə əsasən 7 ədəd TM 34 ədəd KTM- təmir işləri aparılmışdır. Həmçinin 4 ədəd transformator daha güclüsü ilə əvəz olunmuşdur.

Son 3 ayda binaların girişində paylayıcı sayğac şitləri təmir edilmiş, 250 ədəd sayğac yenisi ilə əvəz olunmuş, təxminən 1000 metrə yaxın kabel 1500 SİP xətti yenilənmişdir.

Birinci rübdə 12 ədəd TM-in ətrafında iməcilik işləri aparılmış, dam su navalçaları təmizlənmiş, qapılar rənglənmişdir.

İdarədə gənc kadrların işə qəbul olunmasına da xüsusi diqqət göstərilir. Belə ki, ötən 3 ayda 5 nəfər gənc işə qəbul olunmuşdur.

İlin birinci rübündə rayonun Yusif Səfərov, Ağa Nemətulla küçələri, Heydər Əliyev prospekti digər ərazilərdə keyfiyyətli texniki dəyişikliklər həyata keçirilmişdir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqlarının quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin yaradılmasını labüd edir. Bu istiqamətdə kadr kadr hazırlığı problemini uğurla həll etmək üçün "Azərişıq" ASC tərəfindən bir neçə il öncə Tədris Mərkəzi yaradılmışdır.

Nərimanov rayonunda energetika sistemində yeni əmək fəaliyyətinə başlayan energetiklər elektrik şəbəkələrində istifadə olunan müasir texniki avadanlıqların öyrənilməsi, quraşdırılması məqsədilə Tədris Mərkəzində fəaliyyət göstərən kurslara cəlb olunur burada təcrübə toplayırlar.

Qədir ASLAN,

"Respublika".