Məqsədinə çatan haqq səsimiz
Digər xəbərlər

Məqsədinə çatan haqq səsimiz

Məlum olduğu kimi, bu il aprelin 23- Ermənistanın birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunda post yaratmasına ölkəmiz adekvat tədbir görmüş, nəticədə ərazidə sərhəd-buraxılış məntəqələri qurulmuşdur.

Bundan başqa, aprelin 28- Azərbaycanın dövlət nümayəndələrinin dəvəti ilə Laçın-Xankəndi yolunda aksiya keçirən ekofəallar ilə növbəti görüş keçirilib. Görüşdə aksiyanın müvəqqəti olaraq dayandırılması ilə bağlı təklif irəli sürülüb ümumi məsləhətləşmə aparılıb. Aparılan müzakirələrin nəticəsi olaraq ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarının qarşısını almaq məqsədilə Laçın- Xankəndi yolunda keçirilən etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. Aksiyanın dayandırılmasına baxmayaraq, fəallar yenə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını dövlətimizin aidiyyəti qurumlarının sözügedən ərazilərdə monitorinq keçirməsinə şərait yaradılmasının vacibliyini bir daha diqqətə çatdırıblar.

Xatırladaq ki, aksiya başlayan ilk gündən ekofəallar yorulmadan dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekolojiterrorun qarşısını almağa səsləmişlər. Nümayişçilər, həmçinin tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirməkdə israrlı olduqlarını bəyan etmişlər. Aksiya dinc şəraitdə keçirilmiş yol humanitar məqsədlər üçün açıq saxlanmışdır. Haqlı etirazlarını regionla yanaşı, beynəlxalq aləmə çatdırmaq məqsədilə fəallar Azərbaycan, rus ingilis dillərində plakatlar qaldırmışlar. Ekoaksiya bir çox vətəndaş cəmiyyəti fəalını birləşdirməklə yanaşı, ümummilli dəyərlərin qorunmasına xidmət etmişdir. Belə ki, Laçın-Xankəndi yolunda davam edən etirazlar, həmçinin xain düşmənin beynəlxalq aləmdə tanınan ərazilərimizdə qanunsuz əməllərinin ifşası məqsədini güdmüşdür. Aksiyanın ümumilikdə 138 gün davam etməsinə baxmayaraq, azərbaycanlı fəalların əhvali-ruhiyyəsi daim yüksək olmuşdur. Aksiyanın ən vacib məqamlardan biri iştirakçıların təhlükəsizlik məsələsi idi ki, bu da əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri polislər tərəfindən təmin edilmişdir. Qeyd edək ki, etiraz aksiyası Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilirdi. Etirazlara baxmayaraq mənfur Ermənistan xain əməllərindən əl çəkməmiş, ərazidə keçirilməli olan monitorinqə maneələr törədilmişdir. Bütün bunlara son qoymaq üçün Laçın yolunda sərhəd-buraxılış məntəqələrinin yaradılması da vacib idi.

Prezident İlham Əliyev fevralın 18- M

ünxendə televiziya kanallarına verdiyi müsahibəsi zamanı buraxılış məntəqələrinin yaradılmasının vacibliyini bir daha ictimaiyyətin diqqətinə çatdırmışdır. Elə ölkə başçımızın dediyi kimi oldu. Sərhəd-buraxılış məntəqələrinin yaradılması tarixi strateji əhəmiyyət kəsb edən qərar olması ilə yanaşı, Azərbaycanın suveren hüququdur. Çünki əraziyə nəzarət üçün buraya gətirilmiş Rusiya sülhməramlıları öz vəzifə borclarını layiqincə yerinə yetirməmişdirlər. Əksinə, məhz sülhməramlılar sərhəddən hərbi yüklərin daşınmasına göz yummuşlar. Bununla yanaşı, respublikamızın təbii sərvətləri talanır, ölkəmizin ərazilərinə silah-sursatlar gətirilir, erməni hərbçiləri heç bir maneə ilə üzləşmədən Qarabağ iqtisadi zonasına gedib-gəlirdilər. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan yenə öz haqqını özü bərpa etdi. Laçın-Xankəndi yolunda qurulmuş sərhəd-buraxılış məntəqələri aksiyanın qismən öz məqsədinə çatdığını təsdiqlədi.

Nəzrin ELDARQIZI,

"Respublika".