Mavi yanacaqla təminat dövrün tələbləri səviyyəsində
Digər xəbərlər

Mavi yanacaqla təminat dövrün tələbləri səviyyəsində

20 İyun Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günüdür

Azərbaycan Respublikası Prezidentinin 2006- il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunurBu əlamətdar günün təsis olunması ölkənin çoxminli qaz təsərrüfatı işçilərinə diqqət qayğının təzahürü  kimi dəyərləndirilir.

Qeyd edək kiAzərbaycanın qaz sisteminin inkişaf tarixi Abşeronda təbii qazdan bir neçə əsr əvvəl - 1859-cu ilə təsadüf edir.  1902-ci ildə isə ilk dəfə Suraxanıda çox da dərin olmayan quyudan gündəlik hasilatı 57 milyon kubmetr olan qaz fontan vurub. 1907-ci ildə 130 milyon kubmetr, 1919-cu ildə 48 milyon kubmetr,  1920-1923- illərdə isə 34 milyon kubmetr təbii qaz hasil edilibSonrakı illərdə təbii qaz hasilatı artaraq 14,9 milyard kubmetrə çatdırılıbAzərbaycan neft-qaz sənayesi çox şərəfli tarixi bir yol keçmişdirVətənimiz Odlar Yurdu Azərbaycan tarix boyu bütün dünyada ən qədim neft-qaz diyarı kimi tanınmışdünya neft-qaz sənayesinin inkişafına danılmaz töhfələr bəxş etmişdir.  

Ölkəmizdə qaz təsərrüfatının yaranma tarixinin ötən əsrin 20-ci illərinə təsadüf etməsinə baxmayaraqkeçmiş SSRİ Xalq Komissarları Sovetinin 1936- ildə qəbul etdiyi qərar əsasında respublikamızda qaz təsərrüfatı rəsmən həmin ildən etibarən fəaliyyətə başlamışdırAzərbaycanda qaz təsərrüfatı 86  il bundan əvvəl yaransa daonun əsl inkişaf tarixi 1969-cu ildən - ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra başlayır. Ulu Öndərin rəhbərliyi ilə  həmin illərdə bu sahədə böyük uğurlar qazanılmışdıBelə kiötən əsrin 70-ci illərində respublikamızın ərazisinin 85 faizi təbii qazla təmin edilmişo zaman ulu öndərin titanik fəaliyyəti bugünkü müstəqil Azərbaycanın qaz təsərrüfatının inkişafı üçün böyük stimul yaratmışdırÖlkənin qaz sənayesinin inkişafını şəbəkənin genişlənmə ehtiyacını nəzərə alaraq,  1971-ci ildə diametri 1000-1200 mmillik qaznəqletmə qabiliyyəti 10 milyard kubmetr olan İran-Astara-Qazı-Məmməd-Qazax magistral qaz kəməri çəkilibÖlkənin şəhər yaşayış məntəqələrinin qazlaşdırılmasına isə 1970-ci ildən başlanılıb.  1990- ildə respublikada qazlaşdırma səviyyəsi 85 faizə çatdırılıb

1996- ildə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış,  2009-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin neft qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında Sərəncamı ilə "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq ARDNŞ-in tərkibinə verilmiş hazırda SOCAR-ın tərkibində öz fəaliyyətini "Azəriqaz" İstehsalat Birliyi kimi davam etdirir.

İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərəkpaylanması satışını həyata keçirirTərkibində Təmir-tikinti İdarəsiAnbar təsərrüfatı digər istehsalat funksiyalarını yerinə yetirən idarələriDepartamentləri sahələri birləşdirən Birlikdə alimmühəndisqulluqçu texniki heyətdən təşkil olunmuş əməkdaşlar çalışırİstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2. 5 milyona yaxın istehlakçını təbii qazla təmin edirBu funksiyanın icrası üçün qaztənzimləyici məntəqələrdən şkaflardanboru kəmərlərindən digər çoxsaylı texniki-texnoloji obyektlərdən ibarət olan mürəkkəb qazpaylama sisteminin optimal idarəetmə mexanizmi mövcuddurBirliyin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyiBeynəlxalq standartlardigər normativ aktlarSOCAR-ın bu sahədə daxili normativ sənədləri Birliyin Nizamnaməsi əsasında tənzimlənir

Prezident İlham Əliyevin neft-qaz sənayesinin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sərəncamına əsasən, "Azəriqaz" QSC yenidən təşkil olunaraq "Azəriqaz" İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə verildikdən sonra ölkəmizdə qaz təsərrüfatının inkişafı yeni vüsət almışdır.   "Azəriqaz" İstehsalat Birliyinin missiyası Azərbaycan Respublikası ərazisində qaz şəbəkəsinin təhlükəsiz istismarını təmin etməkətraf mühitə ziyan vurmamaqtəbii qazdan istifadə edən bütün istehlakçıları fasiləsiz, keyfiyyətli təhlükəsiz qaydada təbii qazla təchiz etməklə müştəri məmnuniyyətinə nail olmaqdan ibarətdirMəramı beynəlxalq standartların tələblərinə uyğun olaraq qaz təsərrüfatının inkişafına   müsbət təsir edən qabaqcıl metodlardan istifadə etməklə müasir texnika texnologiyaların tətbiqinə nail olmaq davamlı inkişafı təmin etməkdirRespublika ərazisində əhalinin həyat səviyyəsinin yüksəldilməsindəməişət problemlərinin həll olunmasında qazlaşma işlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan Birlik rəhbərliyi sahənin daha da inkişaf etdirilməsimövcud şəbəkənin modernləşməsi idarəetmənin təkmilləşdirilməsihəmçinin əmək şəraitinin yaxşılaşdırılmasıəl əməyinin azaldılması təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə qabaqcıl texnologiyaların standartların tətbiqinəeləcə işçilərin bilik səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirmişdir

 Prezident İlham Əliyevin rəhbərliyi ilə qaz təsərrüfatının yenidən qurulmasıbu sahənin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədirCari ilin yanvar ayından bu günədək 15 kənd 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıbDaha 23 kənd 19 massivin qazlaşdırılması davam etdirilirEyni zamanda 11 kənd 14 yaşayış massivində işlər başa çatmaq üzrədirİlin sonunadək 59 kənd 102 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurSOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" rayonlarda  mütəmadi olaraq təşkil olunurBelə ki,  "Açıq mikrofon" aksiyasında müraciətləri həllini tapan abonentlər operativ fəaliyyətə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.

Mustafa KAMAL,

"Respublika".