Manisada dəhşətli qəza baş verdi
Region

Manisada dəhşətli qəza baş verdi

Türkiyənin Manisa şəhərinin Soma rayonunda kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus ilə minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb.

"Respublika" xəbər verir ki, bu barədə "Ajans Manisa" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Nəzrin ELDARQIZI,

"Respublika".