Luk Fransis Karol: Bir, iki, hətta üçüncü nəsil Fransa siyasətindən əziyyət çəkir
Digər xəbərlər

Luk Fransis Karol: Bir, iki, hətta üçüncü nəsil Fransa siyasətindən əziyyət çəkir

Bu gün Fransanın özündə baş verən hadisələri əhali dərk edir. Bütün şəhərlərdə əhali ayağa qalxıb. Bu, təəccüblü deyil, gözlənilən idi. Bir, iki, hətta üçüncü nəsil Fransa siyasətindən əziyyət çəkir.

Bunu Fransanın müstəmləkəsində olan Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirin yekunlarına dair mətbuat konfransında söyləyib.

O deyib: “Fransadakı polis zorakılığına qarşı fikir bildirsək, Makron deyəcək ki, bu belə deyil. Məsələ Fransada öldürülən gəncin milliyyəti deyil. Bir gəncin öldürülməsindən söhbət gedir. Biz müşahidə etsək, görərik ki, əziyyət çəkənlər fransızlar deyil. Bu, indiyədək davam edir”.