MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Digər xəbərlər

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

Qeyri-dəqiq, mənbəyi bilinməyən və ictimai fikri çaşdırmağa yönəlmiş dezinformasiyaların yayılmasının hüquqi məsuliyyət yaratdığını xatırladaraq sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa səsləyirik.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur.

Sosial şəbəkə fəalları insanların şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcək və ictimaiyyəti çaşdıracaq paylaşımlar etməməli, həmçinin davranışlarını təmsil olunduqları sosial şəbəkənin etik qaydalarına uyğun tənzimləməli, yalan, dezinformasiya xarakterli məlumatların yayılmasından çəkinməlidirlər.