Ekvadorda prezidentliyə namizəd olan şəxs öldürülüb
Dünya xəbərləri

Ekvadorda prezidentliyə namizəd olan şəxs öldürülüb

Ekvadorlu siyasətçi Fernando Vilyavisensio prezident seçkisindən əvvəl baş tutan mitinqdən sonra başından güllələnib.

"Respublika" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Prezidentliyə namizəd olan siyasətçi 3 güllə yarası ilə koma vəziyyətində yerli xəstəxanaya çatdırılsa da, ayılmadan həyatını itirib.

Hadisə ilə bağlı iki nəfər həbs olunub, 3-cü şəxsin axtarışları davam etdirilir. Ekvadorun ən təhlükəli cinayət dəstələrindən biri olan Los Lobos qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Tacir SADIQOV,

"Respublika".