İtaliyada meşə yanğınları davam edir
Dünya xəbərləri

İtaliyada meşə yanğınları davam edir

İtaliyanın Siciliya adasında başlayan meşə yanğınında alovlar hava limanına yaxınlaşıb. Hava limanında uçuşlar dayandırılıb, yaşayış məntəqələri boşaldılıb.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Siciliya adasının Palermo şəhərində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib.

Rəsmilər tərəfindən verilən açıqlamada çətin hava şəraiti səbəbindən yanğına müdaxilənin çətinləşdiyi, İtaliyanın digər bölgələrindən də dəstələrin göndəriləcəyi bildirilib. Hazırda yanğınlarla əlaqədar şəhərdə bəzi magistral yolların nəqliyyata bağlandığı açıqlanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".