Litva-Azərbaycan Assosiasiyasının sədri və fəallarından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Məktublar

Litva-Azərbaycan Assosiasiyasının sədri və fəallarından Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

8 Noyabr - Zəfər Günü münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Litva-Azərbaycan Assosiasiyasının fəaliyyətində iştirak edən Litva ziyalıları, ictimai-mədəni xadimlər adından səmimi-qəlbdən təbrik etməkdən və Zati-alinizə ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq.

Qarabağın işğaldan azad edilməsi uğrunda aparılmış Vətən müharibəsində tarixi Qələbənin qazanılması, eləcə də bu il oktyabrın

15-də Sizin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycanın Dövlət Bayrağını iftixarla ucaltmağınız bizə böyük sevinc hissi yaşatdı.

Bu, beynəlxalq hüququn və ədalətin, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının təntənəsidir.

İnanırıq ki, üçrəngli Azərbaycan Bayrağı Qarabağda əbədi dalğalanacaq və azərbaycanlılar orada daim yaşayacaqlar.

Zati-aliləri, əlamətdar tarix - Zəfər Günü münasibətilə Sizi bir daha təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayırıq.

Dərin hörmətlə,

Litva-Azərbaycan Assosiasiyasının sədri və fəalları:

Mahir Həmzəyev

Arvidas Valyonis

Deyvidas Staponkus

Romas Dabrukas

Vladas Turçinaviçyus

Rimantas Vaytkyaviçyus və başqaları (22 nəfər).