Laçında quruculuq işləri keyfiyyətlə və sürətlə aparılır
Digər xəbərlər

Laçında quruculuq işləri keyfiyyətlə və sürətlə aparılır

Hazırda işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr reallaşdırılır, tikinti-quruculuq işləri aparılır. Ermənilər tərəfindən işğal dövründə dağıdılıb viran qoyulan kəndlər, şəhərlər bərpa olunur. Yerli sakinlər öz ata-baba ocaqlarına qayıdırlar. Dövlət başçısı İlham Əliyevin tapşırıq sərəncamlarına uyğun olaraq yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir. İyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin Laçın şəhərində növbəti iclası keçirilib.

İclasda Əlaqələndirmə Qərargahının rəhbəri 2023- ilin may ayı ərzində ölkə başçısının Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin, infrastruktur digər obyektlərin təməlqoyma açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma tikinti işləri ilə tanış olduğunu müvafiq tapşırıqlar verdiyini bildirib. Həmçinin həyata keçirilən layihələr çərçivəsində işlərin planlı əlaqəli şəkildə aparılması, həmçinin bütün aidiyyəti qurumların sıx əməkdaşlıq mühitində fəaliyyətinin təmin edilməsi, eyni zamanda vaxt keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin artırılmasının vacibliyi qeyd olunub.

Daha sonra Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı bölgənin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların icrası görülən işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına da toxunulub. Müzakirələrdən sonra Qərargah üzvləri Laçın şəhərində yeni salınan Aqro Sənaye Parkında aparılan işlərlə tanış olublar. Heydər Əliyev küçəsində görülən yenidənqurma işləri Dekabr küçəsində salınan yaşayış məhəlləsinə baxış keçirilib. Daha sonra nümayəndə heyətinə Həkəri çayının sahilində salınan "Laçın bulvarı" nda görülən işlərlə bağlı məlumat verilib.

Onu da qeyd edək ki, Böyük Qayıdışın tərkib hissəsi son dövrün ən aktual köç planlarından olan Zabux kəndində hazırda qızğın tikinti işləri gedir. Yay aylarında baş tutacaq köçürülmə mərhələsi ilə bağlı işlər plana uyğun aparılır. Səfər çərçivəsində Qərargah üzvləri Zabux kəndinə səfər edərək kənddə yaradılan infrastrukturla sakinlərin rahat yaşayışı üçün lazımi olan genişmiqyaslı işlərin gedişatı ilə tanış olublar.

Ramidə YAQUBQIZI,

"Respublika".