Dağlar gözəli Hadrut: quruculuğun və inkişafın məkanı
Digər xəbərlər

Dağlar gözəli Hadrut: quruculuğun və inkişafın məkanı

Əzəli əbədi yurd yerimiz, ana təbiətin ecazkar rənglərdən yaratdığı harmoniyanın daha çox hiss edildiyi  Hadrutun işğaldan azad edilməsi zəfərimizə aparan yolun başlanğıcı oldu, həm   tarixi ədalət bərpa edildiQırx dörd gün davam edən Vətən müharibəsi dövlətimizin gücünü, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik diplomatik qabiliyyətiniSilahlı Qüvvələrimizin rəşadətini, xalqımızın birliyini, ölkəmizin hərbi gücünü, müasir ordu quruculuğunuən yeni hərbi texnologiyalardan mükəmməl istifadə edən hərbçilərimizin peşəkarlığını bütün dünyaya nümayiş etdirdiErmənilərin Vətəni torpağı olmayıb, harada məskunlaşıblarsa, oranı özlərinə vətən hesab ediblər.

XIX əsrin əvvəllərində İrandan Azərbaycana köçürülən ermənilər torpaqlarımızın ən səfalı guşələrində məskunlaşıblar. Xüsusilə Qarabağa köçürülən ermənilər yalnız dağlıq dağətəyi ərazilərdə kənd salıblar, ən əsası isə tarixi abidələrin daha çox olduğu Xocavənddə, Ağdərədə, ƏsgərandaXankəndində, Hadrutda yaşamağa üstünlük veriblər. 2020-ci ilin oktyabrında erməni işğalından azad edilən Hadrutda çox qısa müddətdə həyata keçirilən ölçüyəgəlməz işlər həqiqətən bu tarixi məkanda yeni dövrün başlandığını göstərir. Bərpa-quruculuq işlərinin aparılarkən Hadrutun tarixi hissəsinin yenidən qurulmasına ciddi diqqət yetirilir

Qüdrətindən səngərli-qalalı dağların əhatəsində, iki çayın qovuşuğunda yerləşən qədim yurd yerimiz Hadrutun işğaldan azad edilməsi, burada qazanılan hərbi uğurlar döyüşçülərimizin göstərdiyi igidlik haqqında hər gün yazsaq da, yenə azdır. Çünki Hadrut əməliyyatı düşmənin belini qırdı, ermənilər çox sarsıntıya məruz qaldılargözləmədikləri istiqamətdən ağır zərbə aldılar. Cəngavər oğullarımızın həmlələri qarşısında dözüm gətirə bilmədilər, uzun illər ərzində möhkəmləndikləri mövqeləri qoyaraq qaçmağa üstünlük verən haylar qocalarına, xəstələrinə, yaralılara belə sahib çıxmadılar. Qəhrəman Silahlı Qüvvələrimizin bölmələrinin bir həmləsi nəticəsində hayların öz etirafına görə, 1500-ə yaxın erməni əsgər zabit Hadrutdan qaçıbQarabağın ən dilbər guşələrindən biriAzərbaycanın böyük təbii sərvətləri, tarixi abidələri ilə zəngin yaşayış məntəqəsi Hadrut öz tarixinin tərəqqisinin yeni bir mərhələsinə qədəm qoyubXIX əsrin əvvəllərində Hadruta köçürülən ermənilər hər vasitə iləhəm hiyləgərliklə qədim yurd yerimizi erməniləşdirməyə cəhd ediblər, qədim alban abidələrinə guya ermənilərə aid olan süni yamaqlar vurublar. Haylar özləri yaxşı bilirlər ki, onlar bu yerlərə gəlmədirlər, onların bu torpaqlarda heç bir kökü yoxdurQozluçayın dərəsindəzirvəsi göylərə baş çəkən Ərgünəş dağının ətəklərində yerləşən Hadrut sözü iki çayın arası mənasını daşıyır. Bu da səbəbsiz deyilQuzeyçay Güneyçay Hadrutun ərazisində birləşirOnu da qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik edib.  1992-ci ildə Hadrut rayonu ləğv edilərək Xocavənd inzibati rayonunun tərkibinə daxil edilib. 2020-ci ilin oktyabr ayında Hadrut uğrunda şiddətli döyüşlər başlayıb, qəhrəman əsgər zabitlərimiz bu təbii qalanın azad edilməsi üçün qan töküblər, düşməni bu yerlərdən qovublar. Oktyabrın 9-da Hadrut işğaldan azad edilib burada üçrəngli Azərbaycan bayrağı qaldırılıb. Hərbi ekspertlərin qənaətinə görə, Hadrut əməliyyatı son ikiyüzillik tariximizin ən şərəfli, ən əhəmiyyətli ən qüdrətli səhifələrindəndir

2021-ci il dekabrın 24- Azərbaycan Respublikasının PrezidentiMüzəffər Ali Baş Komandan İlham Əliyevbirinci xanım Mehriban Əliyeva oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində səfərdə olublarburada Komando hərbi hissəsinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı hərbi hissənin açılışı zamanı çıxışında bildirib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idiİlk növbədə ona görə kibu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydikgələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Digər tərəfdən, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb kisanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıbHadruta ermənilər XIX əsrdə İrandan köçürülüblərBunu hamı bilirO vaxta qədər burada erməni yaşamayıbErmənilər tarixi saxtalaşdırmaqda çox pərgardırlar. Buna baxmayaraq bütün dünyaya göstərdik ki, ermənilər bizim torpağımızı işğal ediblərAzərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublarbütün evləribinalarıtarixi abidələri dağıdıblarİşğalı bundan sonra 30 il davam etdirmək istəyirdilərBeynəlxalq ictimaiyyət bu məsələ ilə məşğul olanlar da demək olar kibuna göz yumurdularQəhrəman Silahlı Qüvvələrimizin bölmələri döyüş meydanında bu ədalətsizliyə hərbi təcavüzə son qoydu

Tarixə 44 günlük müharibə kimi düşən Vətən savaşında dövlət başçısı, Qalib Ali Baş Komandan İlham Əliyevin göstərdiyi tükənməz əzm, güclü iradə, sarsılmaz qətiyyət, çox böyük diplomatik məharət indi işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində özünü qabarıq göstərir on min kvadratkilometr ərazinin yenidən qurulması uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin son iki il ərzində Qarabağa Şərqi Zəngəzura  etdiyi bütün səfərlər işğaldan azad edilmiş rayonların ictimaiyyət nümayəndələri ilə  keçirdiyi görüşlərlayihələrin təməlqoyma mərasimlərində iştirakı dağıdılmış şəhərlərimizinkəndlərimizin qısa müddət ərzində yenidən qurulacağınainsanların öz doğma el-obasına qayıdacağınaişğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da artırırMüharibənin bitməsindən çox az vaxtın - cəmi iki il yarım keçməsinə baxmayaraqBöyük Qayıdış Proqramının ilk mərhələsi uğurla həyata keçirilir. Keçmiş məcburi köçkünlərin bir qismi öz doğma yurd-yuvalarına - Suqovuşana, Talış Ağalı kəndlərinə geri qayıdırPrezidentin Qarabağa səfərləri yalnız yeni layihələrin icrası ilə yadda qalmır, həm Azərbaycanın necə vandal bir düşmənlə üz-üzə qaldığınıtarixi torpaqlarımızda hansı vəhşiliklər törətdiyini bütün dünyaya göstərirArtıq Qarabağda Şərqi Zəngəzurda 11 istiqamətdə avtomobil yolu çəkilir, Füzuli Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilibüçüncü Laçın hava limanı,  3 dəmiryolu xətti tikilirkommunikasiya stansiyaları qurulur, yaşayış məhəllələri salınır. Laçın şəhəri tamamilə yenidən inşa edilir, işğaldan azad edilən ərazilərdə elektrik enerjisisu təchizatı xətləri yenidən çəkilir.

Hadrut qəsəbəsində bərpa işləri sürətlə aparılır. Sözün həqiqi mənasında xarabalıqlar üzərində hər tərəfindən miskinlik yağan qəsəbə yeni müasir bir şəhərə çevrilir. Yeni rahat küçələr salınır, həmin küçələrə Azərbaycanın tarixi şəxsiyyətləri ilə yanaşıMilli Qəhrəman Qarabağ müharibəsində şəhid olan igidlərimizin adları verilir. Hadrutun mərkəzində "Dəmir Yumruq" abidəsi ucaldılıb. Mühüm nəqliyyat infrastrukturu olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş XocavəndFüzuli Cəbrayıl rayonlarının ərazisindən keçməklə Hadrut qəsəbəsi Cəbrayıl şəhəri daxil olmaqla sözügedən rayonların 20- yaxın yaşayış məntəqəsini əhatə edir.

Bundan başqabaşlanğıcını Zəfər yolundan götürən Füzuli-Hadrut avtomobil yolu yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşirUzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı çəkilirUzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edirİkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaqHadrut Qovşaq Yarımstansiyası bir neçə yarımstansiya ilə əlaqədə olduğu  üçün coğrafi şəraitinə görə FüzuliCəbrayıl Şuşa şəhərlərinin elektrik enerjisinə tələbatının əlaqələndiricisi rolunu oynayır.   Hadrutda məktəblər inşa edilir, tarixində ilk dəfə burada məscid binasının təməli qoyulub.

Sözün əsl mənasındaHadrutun yeni dövrü başlayıb, xoşbəxt gələcəyə aparan yollar həm şərəfli bir tarixdən xəbər verirbərpaquruculuq işləri böyük vüsət alıbMayın 5- dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər. İnzibati zonanın ümumi sahəsi 4, 2 hektardırBuraya inzibati binabələdiyyə binasımədəniyyət mərkəzi infrastruktur qurumlarının ofislərinin binaları daxildir. Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturununkommunikasiya xətlərinino cümlədən işıqrabitə yüksəksürətli internetin çəkilməsi nəzərdə tutulurYol kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaqHadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024- ilin martındaburada tikiləcək bərpa olunacaq obyektlər ətraf ərazilərin abadlaşması işləri  isə 2025-ci ildə başa çatdırılacaq

Salman ALIOĞLU,

"Respublika".