Laçın sərhəd-buraxılış məntəqəsində yeni gərginlik yaratmaq istəyi
Siyasət

Laçın sərhəd-buraxılış məntəqəsində yeni gərginlik yaratmaq istəyi

Milli xarakter, milli psixologiya xalqın kimliyini, amalını, istəyini göstərir. Millətin nəyə qadir olduğu onun psixologiyasının məhsuludur. Biz nə qədər sülhsevər, humanist xalq olsaq da, təəssüf ki, qonşumuz heç də bu amalda deyil. Bir zamanlar qucaq açıb, çörək verdiyimiz, yurd-yuva sahibi etdiyimiz Ermənistan indi, öz ərazimizdə oturub, bizə meydan oxumağa çalışır.

Özlərini yazıq, fağır kimi göstərən haylar Azərbaycanın böyük bir hissəsinə sahiblənməyi də bacarıblar. Bundan şirniklənərək, daha böyük iddialara düşüblər. Qərbi Azərbaycanı zəbt edəndən sonra Qarabağa tamah salan ermənilər bu hərəkətləri ilə öz milli xarakterlərini nümayiş etdiriblər. İşğalçılıq onların milli psixologiyası və düşüncə tərzidir. Bu millət rahat, sakit həyat tərzinə alışıq deyil. Mövcud olduqları müddət ərzində o qədər coğrafiyaları gəzib, sərhədlər keçiblər ki, daimi rahatlıq onların ruhuna yaddır.

Azərbaycana gələnə kimi olduqları bütün torpaqlardan qovulublar. Tör-töküntü halında, qaraçı köçü kimi bu diyardan o diyara qaçıblar.

Ermənilər üçün Azərbaycandan rahat ölkə, azərbaycanlılardan humanist millət ola bilməzdi. Onlar məqsədli şəkildə ərazilərimizə sığınaraq yaltaq, müti görkəmləri ilə özlərinə inam qazandırmağa çalışıblar. Xalqımızın humanistliyi və xeyirxahlığı hayların xain planlarına yol açıb. Beləcə, zəli kimi Azərbaycan torpaqlarından yapışaraq, alaq otu kimi bütün ölkə boyu yayılıblar. Çörəyimizi yeyib, suyumuzu içib, nəhayətdə isə, onlara sahib çıxan dövlətə xəyanət etdilər.

İkinci Qarabağ müharibəsi ermənilərin bütün planlarını darmadağın etdi. Məğlubiyyətin acısı "Dəmir yumruğ"un zərbəsində daha ağır oldu, ümidləri boşa çıxdı, dünyaya car çəkdikləri yalanları ifşa olundu. Çünki dünyanın böyük güc sahibi dövlətlərinin qarşısında artıq Azərbaycan kimi qüdrətli bir dövlət vardı. Hərbi cəhətdən güclü, iqtisadi cəhətdən inkişaf etmiş və bütün təbii ehtiyatlarla zəngin potensiala malik bir ölkə. Vəziyyəti belə görən Ermənistan yeni havadar, himayədar axtarışına çıxdı. Telefonlar susmadı, xahişlər, minnətlər, yalvarışlar dayanmadı. Sonda Paşinyan elə özü ağılda olan bir neçə dövlət başçılarının ətəyindən yapışa bildi.

Ermənilərə himayədarlıq edən ən fəal dövlətlərdən biri Fransadır. Daxili gərginliyi, çaxnaşmaları, etirazları səngiməyən bu ölkə sözsüz ki, haylara dəstək verməyə çalışacaq. Ona görə ki, Fransanın da işğal, özgə torpağı zəbt etmək, nahaq qanlar tökməkdə, terror törətməkdə çox böyük təcrübəsi var. Yəni milli psixologiya dediyimiz anlamda Ermənistanla Fransanı bir-birinə bağlayan bağlar kifayət qədərdir. Bu ölkə Ermənistanı yeni müharibəyə sövq edir.

Son günlər yeni müharibə həvəsi ilə şoular göstərib, gərginlik yaratmağa çalışan Ermənistan daha da fəallaşıb. Beynəlxalq Ədalət Məhkəməsinin qəti rədd cavabından sonra əli hər yerdən üzülən haylar yeni ssenarilər, şoular təşkil etməyə başlayıb. Fransa kimi ermənipərəst dövlətlərin dəstəyi ilə Qarabağda gərginlik yaratmağa çalışırlar. Köhnə ssenarilər yenə işə düşüb. Dünyanı aldatmağa çalışırlar ki, Qarabağda yaşayan ermənilər Azərbaycan dövləti tərəfindən sıxışdırılır. Laçın sərhəd-buraxılış məntəqəsində erməni sakinlərə qarşı qərəzli mövqe nümayiş olunur. Guya Xankəndidə yaşayan ermənilər acından ölürlər. O səbəbdən də, 19 yük maşını, 400 tonluq humanitar yardımla Laçın sərhəd-buraxılış məntəqəsindən keçmək istəyir. Bu işdə onlara dəstək verən Fransanın da səsi hündürdən çıxır son günlər.

Onlar Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan deyil, israrla Laçın sərhəd-buraxılış məntəqəsindən hərəkət etmək istəyirlər. Bu isə Ermənistanın növbəti təxribatıdır. Ermənistan humanitar yardım adı ilə Azərbaycanın Laçında qurduğu sərhəd-keçid məntəqəsi qarşısında qeyri-qanuni hərəkətlər həyata keçirir. Azərbaycan dövlətinin rəsmi xəbərdarlığına baxmayaraq, özbaşına sərhəddə yük maşınları yerləşdirmək Ermənistan tərəfinin açıq şəkildə təxribat törətmək cəhdidir. 

Onu da qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsindən hazırda Qarabağ erməniləri ilə yanaşı, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları istifadə edirlər. Bununla da Qarabağda yaşayan ermənilərin tibbi xidmət və ərzaq təminatı təmin olunur. Məntəqədə erməni vətəndaşların humanitar yardım almasına heç bir ziddiyyətli və qərəzli münasibət göstərilmir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ölkəmiz isə bütün hallarda öz vətəndaşının mənafeyini qorumağa, zəruri tələbatlarını ödəməyə hazırdır. Ermənistan hakimiyyətinin qarayaxma kampaniyasında deyildiyinin  əksinə, ermənilər heç bir blokadada saxlanılmır. O ki, qaldı Ermənistanın 400 tonluq humanitar yardımla dolu avtomobil karvanının Azərbaycan ərazisinə girişinə, onda da heç bir problem yaradılmır. Sadəcə, ölkəmiz həmin karvanın Laçın postundan girişinə etiraz edir. Məsələnin həlli yolunda isə Azərbaycan alternativ variant kimi, Ağdam- Xankəndi yolundan istifadəni təklif edir.

Ramidə YAQUBQIZI,

"Respublika".