Kremldən Ərdoğan-Putin görüşü ilə bağlı açıqlama
Dünya xəbərləri

Kremldən Ərdoğan-Putin görüşü ilə bağlı açıqlama

Rusiya və Türkiyə prezidentləri arasında görüşün dəqiq tarixi məlum deyil.  

“Respublika” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov, həmçinin Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında baş tutacaq görüşün tarixinin hələlik dəqiq olmadığını qeyd edib.  

Xatırladaq ki, iyulun 7-də Ərdoğanın Ukrayna Prezidenti Zelenski ilə görüşü baş tutmuşdu. Türkiyə Prezidenti mətbuat konfransında Putinin avqust ayında Rusiyaya səfər edə biləcəyini söyləmişdi. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.