Komando bölmələri praktiki atış çalışmalarını icra edib
Digər xəbərlər

Komando bölmələri praktiki atış çalışmalarını icra edib

Cari ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atıcı silahlardan, eləcə döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.