Xətai rayonunda sudan qanunsuz istifadənin qarşısı alınır
Digər xəbərlər

Xətai rayonunda sudan qanunsuz istifadənin qarşısı alınır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.

Paytaxtın Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz sayğacdankənar istifadə halları aşkarlanıb. Rahib Məmmədov küçəsində yerləşən "Park Aile Çay Bahçesi" restoranının sayğacı olsa da, sudan qanunsuz istifadə edilib. Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl obyektdə analoji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub su təchizatı dayandırılıb.

Cavanşir küçəsi 15 "A" ünvanında sahibkara məxsus "Nar çiçəyim" kafesi, "Təbriz market", zoomarketşirniyyat sexi, dönər, ət balıq məhsullarının satışı obyektlərində sudan qeyri-qanuni istifadə faktları aşkarlanıb. Belə ki, əvvəllər bu obyektlərdə su sərfiyyatı  bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib.

Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissə-hissə ödənişi üçün güzəşt edilsə , sahibkar nəinki bu imkandan yararlansa da, sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb dəymiş ziyan aktı tərtib edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.

Qeyd edək ki, 2023- ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı  "Azərsu" ASC tərəfindən 4817 fakt aşkarlanıb bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.

"Respublika".