Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə
Digər xəbərlər

Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə "Revelations" Beynəlxalq  Biennalesində təmsil olunur

Azərbaycan Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında məşhur "Grand Palais Ephemere" 10 illiyini qeyd edən "Revelations" Beynəlxalq Sənətkarlıq Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı Heydər Əliyev Fondu tərəfindən "Revelations" Beynəlxalq Biennalesi üçün seçilmiş "Bir günəş altında" adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, "Grand Palais" - Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı fransız deputatlar, incəsənət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Ölkəmizin istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Fondun dəstəyi ilə Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayan səfir Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltaraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltaraşlardan biri olduğunu qeyd edib. E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. "Revelations" Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir.

"Grand Palais" - Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın "Revelations" Biennalesində iştirakından şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması tanıdılmasıdır. "Revelations" sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi məhz biennalenin mesajını əks etdirir.

Nümayiş olunan "Bir günəş altında" instalyasiyasının müəllifi, heykəltaraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. O, əsərin ərsəyə gəlməsindən danışıb. Azərbaycan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə uzun sürən münaqişəyə son qoyduqdan sonra heykəltəraş saza yeni - ikinci həyat vermək qərarına gəlir beləliklə, "Bir günəş altında" instalyasiyası yaranır.

Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizminin, ölkəmizdə yaşayan müxtəlif millətlərin xalqların birliyinin rəmzidir.

Milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən Biennaleyə qatılmış sənətkar yaradıcı insanların diqqətini cəlb edib.

Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən müasir yaradıcılığın episentri olan "Revelations" Beynəlxalq Sənətkarlıq Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.