Kənd əməkçilərinin pambıq və taxıl qayğıları
İQTİSADİYYAT

Kənd əməkçilərinin pambıq və taxıl qayğıları

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı emalı ilə məşğul olan şirkətlər " qızıl"ın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xalid Məmmədov söhbət zamanı bildirdi ki, cənab Prezident pambıqçı əməyinə daim qayğı diqqət göstərmişdir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin hər il artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib-becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər yoxdur. İdarə rəhbəri bildirdi ki, şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri 2023- ilin məhsulu üçün hər tona 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti 780 manata, 3- növün qiyməti 740 manata, 4- növün qiyməti isə 700 manata qaldırılıb. Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunur.

Xalid Məmmədov bildirdi ki, Beyləqan rayonunda əkinəyararlı 49160 hektar suvarılan sahə var. Ötən təsərrüfat ilində Beyləqanda 8396 hektar gəlirli ölkəmiz üçün ənənəvi sahələrdən olan pambıq əkilib-becərilmiş, hər hektardan 34,4 sentner məhsul əldə edilmişdir. 2023- il üçün rayonda 7218 hektarda pambıq əkilib. Əkilən sahələrdə yüz faiz çıxış əldə olunub, hazırda 72 becərmə traktordan istifadə etməklə birinci becərmə işləri başa çatdırılıb, yüksək səviyyədə aqrotexniki qulluq göstərilməkdədir. Pambıq sahələrində dərmanlama işlərini vaxtlı-vaxtında həyata keçirmək üçün 29 traktorda lazımi aqreqatlar quraşdırılaraq hazır vəziyyətdədir. Rayonda "MKT İstehsal Kommersiya" MMC "Azərpambıq" MMC fəaliyyət göstərir ki, burada xam pambığın qəbulu həyata keçirilir. Qəbul vaxtı fermerlərə yüksək səviyyədə diqqət qayğı göstərilir, verilən məhsulun növlərinin təyin edilməsi qiymətinin dəyərləndirilməsində neqativ hallara yol verilmir. Digər müsbət hal budur ki, elə xam pambığın emalı da burada həyata keçirilir. Əlbəttə fermerlər onlara yaradılan bu münbit şəraitə dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirərək, məhsuldarlığın bu il daha yüksək olacağını əminliklə bəyan edirlər

Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru söhbət zamanı vurğuladı ki, ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq tövsiyələr rayonumuzda uğurla icra olunur. Belə ki, dövlət rəhbərliyi tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına xüsusi maraq göstərirlər. Rayonda 2022-ci ilin məhsulu üçün 13109 hektar dənli bitki əkilmişdir. Onun 11230 hektarı buğda, 1879 hektarı arpadır. Cari ilin məhsulu üçün isə bu rəqəm artaraq 18134 hektar sahədə dənli bitkilərin əkini aparılıb ki, onun 15944 hektarı buğda, 2190 hektarı arpa sahəsidir. Hazırda rayonda arpa biçininə başlanılıb. Məhsul boldur, belə ki, fermerlərin üzü gülür. Arpa sahələrində 27 taxılbiçən kombayn işləyir. 8 iyun 2023- il tarixə olan məlumata əsasən, sahələrdən 1030 ton arpa biçilərək tədarük edilib. Kəhrəba zəmilərin ilk məhsulu anbarlara daşınır. Taxıl zəmilərində işləyən kombaynların səsi axşam düşənə kimi kəsilmir. Artıq bu səs bolluqdan, firavanlıqdan, xoş günlərdən xəbər verir

Ərəstun ABDULOV,

"Respublika".