Keçmiş məcburi köçkünlər Azərbaycan Prezidentini təbrik ediblər
Gündəm

Keçmiş məcburi köçkünlər Azərbaycan Prezidentini təbrik ediblər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin ad günü ilə bağlı videoçarx hazırlayıb. 

Komitədən "Respublika"-ya verilən məlumata görə, doğma yurdlarına köçürülmüş keçmiş məcburi köçkünlərin iştirakı ilə hazırlanan videoçarxın çəkilişləri Tərtər rayonunun Talış kəndi, Zəngilan rayonunun Ağalı kəndi, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux kəndində aparılıb. 

Videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb.