Kanada nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdəki mina problemi barədə məlumat verilib
Gündəm

Kanada nümayəndə heyətinə işğaldan azad olunmuş ərazilərdəki mina problemi barədə məlumat verilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan Kanada parlamentinin deputatı Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, Samir Poladov işğaldan azad olunmuş ərazilərdə mövcud mina problemi və onların törətdiyi təhdidlər, habelə Agentlik və digər aidiyyəti qurumların humanitar minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyət, qarşıda duran hədəflər və agentliyin beynəlxalq təşkilatlarla əməkdaşlığı barədə nümayəndə heyətinə məlumat verib.

Qeyd edilib ki, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi post-müharibə dövründə regiondakı vəziyyətə dair əldə edilən məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.