İyulun 13-də Azərbaycanda COVID-19 əleyhinə 1823 doza vaksin vurulub
Səhiyyə

İyulun 13-də Azərbaycanda COVID-19 əleyhinə 1823 doza vaksin vurulub

İyulun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1823 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 459, ikinci doza vaksinlərin sayı 178, üç və daha çox doza vaksinlərin sayı 991, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 195-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 783 min 622, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 359 min 933, ikinci mərhələ üzrə 4 milyon 855 min 530, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 317 min 503, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 250 min 656-dır.

AZƏRTAC