İtkin alpinistin qalıqları 37 il sonra tapıldı
Maraqlı

İtkin alpinistin qalıqları 37 il sonra tapıldı

1986-cı ildə İsveçrənin Matterhorn dağı yaxınlığındakı buzlaqda gəzinti zamanı yoxa çıxan alman alpinistinin qalıqlar aşkar edilib.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, qalıqlar buzlaqların əriməsi ilə üzə çıxıb. Polis tərəfindən verilən açıqlamada, DNT analizi vasitəsilə alpinistin şəxsiyyətinin müəyyənləşdirildiyi məlum olub. Polis alman alpinistin kimliyi və ölüm səbəbini açıqlamayıb.

Bundan başqa, 2015-ci ildə Matterhorn dağında 1970-ci ildə qar fırtınası zamanı itən iki gənc yapon alpinistin də qalıqları tapılıb.

Nəzrin ELDARQIZI,

"Respublika".