NASA Ayda zəlzələləri ölçəcək
Maraqlı

NASA Ayda zəlzələləri ölçəcək

NASA-nın Artemis 3 astronavtları Ayın cənub qütbünə zəlzələ detektoru yerləşdirəcəklər.

"Respublika" "NTV"-yə istinadla xəbər verir ki, həmin zəlzələ detektoru insanların Ayda həyat qurmaq üçün uzunmüddətli planlara hazırlıq rolunu oynayacaq.

Qeyd edək ki, Ayda müşahidə edilən zəlzələlər onun səthindəki temperaturun dəyişməsi nəticəsində yaranır. Bu temperaturlar gündüzlər 121°C ilə gecə -133°C dərəcə arasında dəyişir və Ayın genişlənməsinə, daralmasına səbəb olur.

Nəzrin ELDARQIZI,

"Respublika".