İsveçli səyyahlar Ağalı kəndində yaradılan şəraitlə tanış olublar
Digər xəbərlər

İsveçli səyyahlar Ağalı kəndində yaradılan şəraitlə tanış olublar

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyəti işğaldan azad olunmuş Azərbaycan dövləti tərəfindən yenidən bərpa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli-Xocavənd-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edən səyyahların azad olunan ərazilərə səfərinin növbəti dayanacağı Ağalı olub. Ağalı kəndinə gələn səyyahları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı qarşılayıb. Səyyahlara Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il müddətində düşmən işğalında qalıb, şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün olub. Yaşayış yerləri, tarixi mədəni dini abidələr dağıdılıb.

Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalıb, flora faunaya qarşı cinayət törədilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, hektarlarla qoz ağacları, digər yaşıllıqlar məhv edilib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27- düşmənin növbəti təxribatına qarşı Azərbaycan Ordusunun başlatdığı "Dəmir yumruq" əməliyyatı nəticəsində Zəngilan erməni işğalından azad edilib. 27 il düşmən əsarətində qalan Zəngilan artıq üç ildir çiçəklənməyə başlayıb. Bu günə kimi Ağalı kəndində 86 ailə olmaqla, 420 sakin doğma yurduna qovuşub. Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb bir neçə inzibati bina inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi planlaşdırılır. Bundan başqa, Zəngilan şəhərində bir neçə kənddə yaşayış məhəllələrinin digər infrastrukturun təməli qoyulub.

Qeyd edilib ki, Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, sakinlərin işlə təmin edilməsi dövlət qurumlarının xüsusi nəzarətindədir. Həmçinin səyyahlar Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisinin sürətlə davam etdirilməsi barədə məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı Türkiyə Azərbaycan prezidentləri tərəfindən açılıb.

Səyyahların diqqətinə çatdırılıb ki, Zəngilanın yenidən qurulmasında ilk vacib məsələlərdən biri ermənilərin işğal illərində zərər vurduğu ekosistemin bərpasıdır. Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi idi. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə ekosid həyata keçirilib. Rayon ərazisində zərər vurulmuş ekosistemin bərpası üçün 20000 çinar ağacı 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialın olmasını nəzərə alaraq, rayonda həm dayanıqlı kənd təsərrüfatının, həm turizm sahəsinin, xüsusilə ekoturizm kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək.

Daha sonra səyyahlar kənddə yaradılan infrastrukturla tanış olublar.