İsti və bürkülü hava şəraiti davam edəcək
Gündəm

İsti və bürkülü hava şəraiti davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

"Respublika" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın maksimal temperaturu avqustun 12-də Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir