İstehsal artır
İQTİSADİYYAT

İstehsal artır

2021-ci ili yanvar-iyul aylarında Azərbaycanda 407 ədəd traktor istehsal edilib. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə artıb. 01.08.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 90 ədəd təşkil edib.

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 940 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az (134 ədəd az) minik avtomobili istehsal olunub. 

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66,9 faiz az traktor istehsal edilmişdi.

Dövlət Statistika Komitəsi bildirir ki, 01.08.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 141 ədəd təşkil edib. 01.07.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 144 ədəd təşkil etmişdi. 

Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala, Hacıqabul və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.

B.BƏYBALAYEV,

“Respublika”.