İşğaldan azad olunmuş ərazilərimizdə Əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbirləri
Digər xəbərlər

İşğaldan azad olunmuş ərazilərimizdə Əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbirləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə,növbəti belə tədbirlər Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində keçirilib.Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 6 müəssisənin 200 nəfərədək rəhbər və işçi heyəti iştirak edib. Onlara “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumatlar verilib, sualları cavablandırılıb. Həmçinin iştirakçılara qeyd olunan mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.İşğaldan azad olunmuş digər ərazilərimizdə bu mövzularda təlimlərin keçirilməsi qarşıdakı dövrdə də davam etdiriləcək.

Mustafa KAMAL,

“Respublika”