İrəvanda bayrağımıza qarşı törədilən təxribat Paşinyanın çarəsizliyinin göstəricisidir
Digər xəbərlər

İrəvanda bayrağımıza qarşı törədilən təxribat Paşinyanın çarəsizliyinin göstəricisidir

Ermənistanda baş tutan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı səhnəyə gətirilərkən erməni Aram Nikolyan bayrağımızı hər kəsin gözü qarşısında yandırdı. Dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, Nikolyan elə həmin gün azad edildi. Bundan sonra isə İrəvanda keçirilən beynəlxalq idman yarışında təmsil olunan dövlətlərin bayraqları arasında yalnız Azərbaycan Türkiyənin Dövlət Bayrağının bir neçə hissəyə parçalanmış şəkildə asıldığına şahid olduq. Sözsüz ki, bayraqlara qarşı edilən vandallıq İrəvanın heç bir beynəlxalq tədbirə evsahibliyi edə bilmədiyini sübut edir. Amma bu hadisə bir sıra başqa məqamlara da işarə edir.

Gəlin, əvvəlcə hadisənin baş verdiyi tarixə nəzər salaq. Bayraqlara qarşı təxribat aprelin 11- Laçın rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində baş verən hadisələrdən sonra oldu. Ermənistan təxribatçı əməlini həmişə olduğu kimi, bu dəfə Azərbaycanın üstünə atmağa çalışdı, amma elə erməni təbliğat maşınının yaydığı ziddiyyətli məlumatlar görüntülər düşmənçilikdən əl çəkməyən Paşinyan hökumətini ifşa etdi. Ermənistan mediası sosial şəbəkələrin erməni seqmentinin təxribatla bağlı yaydığı ilk xəbərdə Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer almışdı. Bildirilirdi ki, həmin vaxt guya, azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən yaralananlar olub, Gözəlyan da yaralanıb. Bundan az sonra isə erməni təbliğat maşını növbəti məlumatı uydurduErməni mənbələrinin həmin məlumatında Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olunurdu. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır. Ermənistan rəhbərliyi hesab edirdi ki, bu təxribatla Azərbaycanı günahkar qismində göstərmək mümkün olacaq. Ancaq istəyinə nail ola bilmədi, özü pis vəziyyətə düşdü. Ermənistan Dığ kəndində təxribatı törətdikdən sonra Avropa İttifaqı missiyasını əraziyə cəlb etmək istəsə , müşahidə missiyasının komandiri Markus Ritter bundan imtina etdi. Avropa İttifaqı missiyasının alman başçısı hətta erməni hərbçilərin müşayiəti ilə kəndi ziyarət etməkdən belə boyun qaçırdı. Bununla da Ermənistanın Azərbaycanın "təxribatlarını" avropalı müşahidəçilərə yerində göstərmək arzusu ürəyində qaldı. Avropa İttifaqının missiyası ona çox arxalanan İrəvanın xəyallarını suya saldı. Bu vəziyyət isə Ermənistan cəmiyyətində ciddi narazılıqlara səbəb oldu.

Bütün bunların fonunda Paşinyan cəmiyyətin diqqətini aqressiyasını "bayraq yandırılması" məsələsinə yönəltdi. Azərbaycanın Avropa Ağır Atletika Federasiyasının reaksiyası Ermənistanın ziyanına olsa belə, onları düşündürən ölkənin reputasiyası deyil. Paşinyan sadəcə olaraq ölkə daxilindəki vəziyyəti dəyişərək öz kreslosunu qorumaq istəyir.

Bayrağımıza qarşı törədilən vandalizm aktının detalları hadisənin Paşinyanın göstərişi ilə edildiyini sübut edir. Belə ki, bayrağımızı yandıran dizayner Aram Nikolyan çempionatın təşkilatçıları arasında yer alıb, yəni təsadüfi şəxs deyil. Üstəlik, o, Azərbaycan bayrağı da daxil olmaqla açılış mərasimində iştirak edən bayraqdarların libasını hazırlayan şəxsdir. Eyni zamanda, vandalizm aktını törədən şəxs Paşinyanın həyat yoldaşı Anna Akopyanla şəxsən görüşür ailəyə yaxınlığı var. Akopyanın hətta Aram Nikolyanın moda evinin şəriki olduğu barədə iddialar mövcuddur. Yəni bayrağımızı yandıran Aram Nikolyan həqiqətən   Anna Akopyanla işbirliyindədir, müştərək biznesləri var. Məhz o tədbirin dizaynını Anna Akopyan Arama sifariş vermiş, 45 min dollarlıq müqavilə bağlamış onun da 33 min dolları tədbir başlanan gün ödənilmişdir. Buradan belə bir qənaətə gəlmək olar ki, Aram Nikolyana dövlət səviyyəsində Azərbaycan bayrağını yandırmaq tapşırılıb.

Doğrudur, Azərbaycan bayrağını yandırmaqla ermənilər dünya qarşısında özlərini növbəti dəfə biabır etdilər. Amma bu, erməni revanşistləri üçün ədalətli cəza deyil. Ermənistan hökümətinin əli olan bu pozuculuq fəaliyyətlərinə hüquqi qiymət verilməlidir. Azərbaycan artıq müvafiq qurumlara müraciət edib Ermənistanın cəzalandırılmasını tələb edir.

Jalə QASIMZADƏ,

"Respublika".