İran XİN rəhbəri Azərbaycana gəlir
Digər xəbərlər

İran XİN rəhbəri Azərbaycana gəlir

İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahianın Azərbaycana gəlişi gözlənilir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.

Nazir səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.