İqtisadi-ticari və mədəni əlaqələr genişlənir
İQTİSADİYYAT

İqtisadi-ticari və mədəni əlaqələr genişlənir

Azərbaycan Tatarıstan arasında əlaqələr illərdir yüksək səviyyədə davam edir. Vaxtikən hər iki ölkənin ərazisi Rusiya imperiyasının tərkibində idi. Sonra isə Azərbaycan müttəfiq respublika kimi, Tatarıstan isə Rusiyanın subyekti kimi SSRİ-nin tərkibinə daxil olmuşlar. İki ölkə arasındakı iqtisadi mədəni əlaqələrin formalaşması da həmin dövrə təsadüf edir.

Məlum olduğu kimi, SSRİ dağıldıqdan sonra postsovet məkanında müstəqil dövlətlər yaranmağa başlamışdır. Bu, Azərbaycan-Tatarıstan münasibətlərinin daha da inkişafına mühüm töhfə vermişdir. Müstəqil dövlətimiz hazırda Tatarıstanla bir sıra mədəni, təhsil digər sahələrdə geniş əlaqələrə malikdir. Prezident İlham Əliyevin 25 avqust 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilmişdir. Həmçinin, 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında Ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında saziş imzalanmışdır. Sazişin 7-ci maddəsinə müvafiq olaraq Milli Məclis 1992-ci ilin oktyabrında Kazan şəhərində ölkəmizin Ticarət Nümayəndəliyinin açılması barədə qərar qəbul etmişdir. Azərbaycan Tatarıstan arasındakı münasibətlər dinamik inkişaf edir.

İyunun 17- Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə Zəngilan rayonunun Ağalı kəndində görüşü baş tutub. Görüş çərçivəsində Tatarıstan Respublikasının Rəisi iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib: "Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə ciddi töhfə veririk. Tatarlara azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar".

Prezident İlham Əliyev Rüstəm Minnixanov, həmçinin Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında da iştirak ediblər. "Avto Lizinq Azərbaycan" MMC Azərbaycan Rusiyanın birgə müəssisəsidir. Müəssisə tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəzin yük avtomobilləri kənd təsərrüfatı texnikalarına xidmət sahəsində hab rolunu oynayacağı nəzərdə tutulub. Bundan başqa, mərkəzdə düşmən tapdağından azad olunmuş torpaqlarımızda istifadə edilən 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə digər texnikalara peşəkar xidmət göstəriləcək.

Texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi xidməti otaqların yaradılması mərkəzin hərtərəfli təminatının göstəricisidir. Qeyd edək ki, ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox yatırım olunub. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə öz müsbət təsirini göstərəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndinə baş çəkiblər. Ağalı kəndi barədə Rüstəm Minnixanova məlumat verilib. Ağalı kəndində ən diqqətçəkən məqamlardan biri ölkə başçımızı görən sakinlərin Prezident İlham Əliyevə verdiyi xeyir-dualar idi. Bu, bir daha xalqın dövlətimizin başçısına olan etimadını, sevgisini təsdiqləmişdir. Prezident İlham Əliyevin Ağalı sakinləri ilə səmimi söhbəti təqdirəlayiqdir.

Azərbaycan-Tatarıstan münasibətlərinin yüksək səviyyədə inkişafından xəbər verən digər bir hadisə iyunun 18- Bakıda Sabantuy tatar milli bayramının qeyd edilməsi idi. Tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyət KİV nümayəndələri iştirak ediblər. Xatırlatmaqda fayda var ki, bayram ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bayram tədbiri çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində Tatarıstan şirkətlərinin Azərbaycana dəstəyi yüksək qiymətləndirilib. Burada aparılan işlərin əsas məqsədinin iqtisadiyyatın bərpası, qaçqınların məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıdışını reallaşdırmaq olduğu vurğulanıb.

Ümumiyyətlə, son zamanlarda ölkəmizə, eləcə Prezident İlham Əliyevin bir sıra dövlətlərə baş tutan səfərləri qarşılıqlı əlaqələrin şaxələndirilməsi istiqamətində mühüm addımlar atıldığını deməyə əsas verir. Bu münasibətlər Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində daha da inkişaf edəcək, ölkəmiz daha çox nüfuz qazanacaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".