“Hökumət buludu”na keçidlə bağlı işlər həyata keçirilir
Digər xəbərlər

 “Hökumət buludu”na keçidlə bağlı işlər həyata keçirilir

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 23 may mətbuat xidmətinin verdiyi məlumatında bildirilir ki, fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Səhiyyə Nazirliyi “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi bulud infrastrukturu (IaaS – Infrastructure as a Service) xidmətini əldə edib. Nazirlik informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Nazirlik, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə ayrılmış “Qaynar xətt” üçün “AzInTelecom” MMC-nin İP telefoniya xidmətindən yararlanıb və “Qaynar xətt”ə daxil olan zənglərin Rezervlənmə xidmətinə bağlı olaraq idarə edilməsi həyata keçirilir.

Əli SADIQOV,

“Respublika”.