Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatının final oyunu keçirildi      
Digər xəbərlər

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol çempionatının final oyunu keçirildi      

25 iyun ƏƏSMN-dən bildirilir ki, Agentliyin komandası çempionatın qalibi oldu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə təşkil olunan minifutbol çempionatının final mərhələsi keçirilib.

Final oyununu izləyənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və başqa rəsmi nümayəndələr də olub.

Əvvəlcə 3-cü yer uğrunda Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) komandaları mübarizə aparıb və  DSMF-nin komandası qalib gələrək çempionatda 3-cü yeri tutub.

Gərgin mübarizə şəraitində keçən oyunda Sosial Xidmətlər Agentliyinin komandası rəqibini 4:2 hesabıyla məğlub edərək Nazirlik üzrə keçirilən minifutbol çempionatının qalibi olub.

“Respublika”.