“Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalları davam edir
Mədəniyyət

“Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalları davam edir

Elm və Təhsil Nazirliyinin dəstəyi, “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə  Gənc Tamaşaçılar Teatrında  “Heydər Əliyev İli” çərçivəsində uşaq yaradıcılıq festivalı keçirilib. Tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Elm və Təhsil  Nazirliyinin məsul əməkdaşları, rayon ictimaiyyəti, Şəhid ailələri, vətən müharibəsi veteranları, qaziləri, çağırış yaşlı gənclərlə peşəkar hərbi mütəxəssislər və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. 20 iyun Nəsimi RİH-dən bildirilir.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış,  demokratik təsisatlar möhkəmləndirilmişdir. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Sonra 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

“Respublika”.