HEYDƏR ƏLİYEV: HÜQUQİ DÖVLƏTİN BANİSİ
Siyasət

HEYDƏR ƏLİYEV: HÜQUQİ DÖVLƏTİN BANİSİ

1993- ildə xalqın təkidli xahişi ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev iyunun 15- Milli Məclisdə proqram xarakteli çıxışında müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətləri kimi demokratik dövlət quruculuğunu, azad iqtisadiyyatı qanunun aliliyini vacib şərtlər olaraq irəli sürürdü. Həmin ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə 1991-ci ildə qəbul olunmuş Dövlət Müstəqilliyi Aktında əks olunan ideya prinsiplərin gerçəkləşməsi üçün real zəmin yarandı. Heydər Əliyev dövlət başçısı olduğu on il ərzində Azərbaycanın hüquq islahatlarının banisi kimi missiyanı şərəflə yerinə yetirdi.

Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatları iki mərhələyə bölmək olar. Birinci mərhələdə siyasi hüquqi islahatların konsepsiyası işlənib hazırlandı həyata keçirildi. Bu mərhələnin məqsədi dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan ideya prinsiplərin əsasında işlək siyasi-hüquqi mexanizmin yaradılması idi. Təbii ki, həmin mexanizmin təməlində müstəqil dövlətin yeni konstitusiyası durmalı idi. 1995-ci il mayın 2- Konstitusiya Komissiyası yaradıldı. Prezident Heydər Əliyevin rəhbərlik etdiyi Komissiyanın İşçi Qrupunun tərkibinə ali mərkəzi dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ictimai xadimlər, elm adamları da daxil idi. Dövlət başçısı Konstitusiya layihəsinin müzakirələrinə şəxsən rəhbərlik etmiş, təklif iradların incələnməsinə, geniş ictimaiyyətin bu prosesdən kənarda qalmamasına şərait yaratmışdı.

1995-ci il noyabrın 12- ümummilli liderin təşəbbüsü gərgin fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Demokratik cəmiyyətin qurulması, fəaliyyəti inkişafı üçün bütün müddəaları özündə əks etdirən yeni Konstitusiya Azərbaycanda hüquqi dövlətin təməlini qoymaqla yanaşı, hüquqi islahatların ikinci mərhələsinin aparılmasına etibarlı zəmin yaradırdı.

Konstitusiyada müəyyən edilmiş norma prinsiplərə uyğun hüquqi sistemin formalaşmasına hədəflənən islahatların ikinci mərhələsi məzmun baxımından iki istiqaməti əhatə edirdi. Onlardan birincisi, insan hüquq azadlıqlarının, qanunçuluq hüquq qaydasının səmərəli müdafiəsi üçün zəruri olan təsisatların, ikincisi isə həmin təsisatların işini effektiv edəcək qanunvericilik bazasının yaradılması idi.

İslahatların ikinci mərhələsini uğurla həyata keçirmək üçün 1996- il fevralın 21- Prezident Heydər Əliyevin təşəbbüsü ilə Hüquqi İslahatlar Komissiyası yaradıldı. İşə başlamazdan əvvəl Komissiya hüquqi islahatların prioritetlərini özündə müəyyən etdi. Komissiyanın işi qanunların digər normativ hüquqi aktların hazırlanması, məhkəmə bütövlükdə hüquq-mühafizə sisteminin yenidən qurulması, əhalinin hüquq düşüncəsinin cəmiyyətin hüquq mədəniyyətinin səviyyəsinin yüksəldilməsi, hüquqi informasiyanın axtarılması istifadəsi sisteminin təkmilləşdirilməsi kimi tədbirləri ehtiva etməli idi. Bununla da, ölkəmizin hüquq sistemində Sovet İttifaqından miras qalmış prinsip, norma institutlar aradan qaldırılmalı, mütərəqqi inkişafa beynəlxalq aləmə hüquqi inteqrasiya prosesi güclənməli idi.

Komissiya tərəfindən hazırlanmış ilk əhəmiyyətli normativ aktlar kimi 1997-ci ildə qəbul olunan "Məhkəmələr hakimlər haqqında" "Konstitusiya Məhkəməsi haqqında" qanunlar xüsusilə qeyd olunmalıdır. Bu qanunlar məhkəmə sisteminin qurulmasına işə başlamasına şərait yaratdı, həmçinin 1995-ci il Konstitusiyasının əsas institutlarından biri kimi konstitusiya nəzarəti institutunu işlək mexanizmə çevirdi. "Məhkəmələr hakimlər haqqında" qanun ümumi ixtisaslaşdırılmış məhkəmə orqanlarının yeni sisteminin təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin hakimlərin müstəqilliyinin təmin edilməsi, insan hüquq azadlıqlarının məhkəmədə müdafiəsi təminatlarının gücləndirilməsi, məhkəmələrin fəaliyyətinin hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.

"Konstitusiya Məhkəməsi haqqında" qanun isə ölkəmizin məhkəmə sistemində tamamilə yeni bir orqanın - başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsindən ibarət olan Konstitusiya Məhkəməsinin təşkili fəaliyyəti üçün mühüm hüquqi baza oldu. Həmin qanunla Məhkəmənin konstitusion səlahiyyətləri bir daha təsdiq olundu göstərildi ki, onun əsas funksiyaları qanunların digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, beynəlxalq müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, Konstitusiyanın qanunların şərh edilməsi, qanunvericilik, icra məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsindən ibarət olmalıdır. Bu qanun, dünyada, ilk növbədə, Avropa ölkələrində formalaşmış mütərəqqi hüquqi təcrübəni mənimsəməklə, ölkəmizdə konstitusiya nəzarəti orqanının təşkili fəaliyyətinin əsaslarını, Konstitusiya Məhkəməsi hakimlərinin statusunu, Konstitusiya Məhkəməsində icraatın prinsiplərini, habelə ayrı-ayrı icraat növlərinin həyata keçirilməsi qaydalarını müəyyən etdi.

1997-ci ildə qəbul edilmiş "Məhkəmələr hakimlər haqqında" Qanunla üçpilləli müstəqil məhkəmə sistemi təsbit olunduqdan mühakimə icraatının ümumi prinsipləri, standartları müəyyən edildikdən sonra qarşıda dayanan digər mühüm vəzifə hazırlıqlı peşəkar hakimlər korpusunun formalaşdırılmasından ibarət idi. Bu məqsədlə, 1 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı ilk dəfə olaraq hakimlərin test üsulu ilə seçilməsinə dair qərar qəbul edildi. Qısa müddət ərzində aparılan lazımi hazırlıq, texniki, təşkilati problemlərin həllindən sonra 2000-ci ildə ilk dəfə yeni sistem üzrə hakimlərin seçilməsi məhkəmə orqanlarının komplektləşdirilməsi həyata keçirildi. Hakimlərin seçimi üzrə keçirilmiş şəffaf müsabiqə nəticəsində əvvəlki hakim korpusunun 60 faizə qədəri yeniləndi, 2000-ci ilin sentyabr ayından yeni üçpilləli məhkəmə sisteminin fəaliyyətə başlamasına şərait yaradıldı.

Məlum olduğu kimi, istənilən məhkəmə-hüquq islahatının əsas məzmunu təkcə məhkəmə quruluşu mühakimə icraatının təkmilləşdirilməsini deyil, eyni zamanda məhkəmələrlə əlaqəli olan hüquq-mühafizə orqanları sisteminin yenidən qurulmasını da tələb edir. Ötən əsrin sonunda postsovet məkanında ən çox müzakirə olunan məsələlərdən biri köhnə sovet prokurorluğunun islah edilməsi onun sırf dövlət maraqlarına xidmət edən qurumdan insan hüquqlarını azadlıqlarını, demokratik, hüquqi dövlət dəyərlərini mühafizə edən orqana çevrilməsi yolları barədə idi.

1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" qanunla prokurorluğun yeni sosial-iqtisadi münasibətlərin inkişafına mane olan bir sıra funksiyaları - məhkəmələr üzərində nəzarət ümumi nəzarət funksiyaları ləğv olundu, həmçinin onun mülki işlərə müdaxilə etməsi imkanları da məhdudlaşdırıldı. Digər tərəfdən, insan hüquq azadlıqlarının qorunması baxımından həssas olan bir sıra əməliyyat-axtarış tədbirlərinin prosessual hərəkətlərin prokurorun sanksiyası ilə həyata keçirilməsi qaydası da ləğv edildi, onun yerinə müvafiq tədbirlərin hərəkətlərin qanunla müəyyən edilmiş hallarda qaydada yalnız məhkəmənin qərarına əsasən yol verilməsi müəyyən olundu. Təbii ki, müstəqil Azərbaycanın qanunvericiliyində ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili fəaliyyət prinsipləri, səlahiyyət dairəsi vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq göstərişlərinin icrasının nəticəsi idi.

Prokurorluq orqanları ilə yanaşı, polis penitensiar xidmət orqanlarında da eyni istiqamətdə islahatlar aparıldı. Belə ki, prokurorluq haqqında qanunla eyni vaxtda, yəni 1999-cu ildə polisin fəaliyyətində insan hüquq azadlıqlarını təmin etmək məqsədilə "Polis haqqında" qanun qəbul edildi. Bu qanuna görə, polis orqanlarının əsas vəzifəsi ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin digər hüquqpozmaların qarşısının alınması onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdən ibarət olmalıdır. Qanunla polis fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edildi, polis əməkdaşlarının hüquqazidd hərəkətlərindən qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olundu. Keçmiş SSRİ respublikaları arasında ilk dəfə ölkəmizdə cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verildi. 1995-ci Konstitusiyası qəbul edildikdən sonra isə məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradıldı. Bununla bağlı ayrıca qanun 1999-cu ildə qəbul edildi.

Məhkəmə-hüquq islahatlarının çoxcəhətliliyi çoxistiqamətliliyi təkcə müvafiq dövlət orqanlarının idarələrinin deyil, eyni zamanda ədalət mühakiməsi sahəsində fəaliyyət göstərən, şəxsiyyətin hüquqlarının qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan qurumların statusunun nizamlanmasını da tələb edirdi. Buna görə , ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində, yuxarıda qeyd olunan vacib normativ aktlarla birlikdə, yeni "Vəkillər vəkillik fəaliyyəti haqqında" qanunun qəbulu zərurətə çevrildi. Həmin qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda təhqiqatda öz hüquq mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksəkkeyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaratdı. Digər tərəfdən, ölkəmizdə aparılan hüquqi islahatlar çərçivəsində dövlət yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları azadlıqlarının bərpa edilməsinə xüsusi diqqət ayrılmağa başlandı. Bununla bağlı müstəqil məhkəmə hakimiyyətinin gücləndirilməsilə yanaşı, mütərəqqi məhkəmədənkənar mexanizmlərin qurulmasına da şərait yaradıldı. Belə mexanizmlərdən biri ombudsman təsisatı idi. Təsisatın statusu səlahiyyətlərinin tam hərtərəfli müəyyən olunması məqsədilə 2001-ci ildə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilli (ombudsman) haqqında Konstitusiya qanunu qəbul edildi. Bununla da demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan bu institut ölkəmizdə qeyri-məhkəmə müdafiə mexanizmi kimi fəaliyyət göstərməli bütövlükdə insan hüquqlarının güclü təminatçılarından biri kimi çıxış etməli idi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mühüm tərkib hissələrindən biri hüquq sisteminin fəaliyyət göstərməsi üçün ictimai münasibətlərin müxtəlif sahələrini əhatə edən mühüm qanunvericilik aktlarının hazırlanması qəbul edilməsi idi. Bu istiqamətdə qısa müddət ərzində Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi digər Məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq azadlıqlarını pozan qərar hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" digər qanun layihələri hazırlanaraq hüquq ictimaiyyətinin müzakirəsinə təqdim olundu. Həmin qanunvericilik aktlarının layihələrinin müzakirəsi təkcə əlaqədar qurum təşkilatların deyil, müvafiq sahəvi mütəxəssislərin, hüquqşünas-alimlərin iştirakı ilə gərgin müzakirələr fikir mübadiləsi şəraitində keçirilirdi. Onu da xüsusilə qeyd etmək lazımdır ki, mühüm normativ sənədlərin hazırlanması qəbulu prosesinə nüfuzlu beynəlxalq təşkilatların ekspertləri, elm ocaqlarının nümayəndələri geniş surətdə cəlb olunurdu. Bu prosesə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ATƏT qatılırdı.

Bu, Azərbaycanın ümumavropa hüquq məkanına inteqrasiyasına Avropa Şurasına tamhüquqlu üzvlüyünə gedən prosesə dəyərli töhfə idi. Ölkəmizin hüquq sistemindəki mütərəqqi dəyişikliklərin nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci il yanvarın 25- Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan Hüquqları Konvensiyasına qoşuldu bununla da, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Bütün bunlar Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini daha da sürətləndirdi, sosial-iqtisadi, mədəni inkişaf üçün əlverişli şəraitin yaradılması, dövlət yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ institusional əsaslarının möhkəmləndirilməsi üçün əsas oldu.

Avropa Şurasına üzv qəbul edildikdən sonra qısa müddət ərzində Azərbaycan digər mühüm Avropa Konvensiyalarına da qoşuldu. Qeyd etmək lazımdır ki, bu dövrdə ümumavropa hüquqi məkanı çərçivəsində başlanmış sıx əməkdaşlıq, həmçinin Avropa Şurasının müxtəlif qurum təşkilatlarını da - Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunu (GRECO), Avropa Şurasının Venesiya Komissiyasını, Avropada İrqçilik Dözümsüzlüyə Qarşı Komissiyanı (ECRİ) əhatə etdi. Görülən səmərəli təşkilati-hüquqi tədbirlər nəticəsində həmin qurumlar təşkilatlarla uzunmüddətli əməkdaşlığın əsası qoyuldu.

İnsan hüquq azadlıqlarının təmin olunması sahəsində atılan beynəlxalq hüquqi addımlarla yanaşı, onlara müvafiq milli hüquqi tədbirlər planı da hazırlanmalı idi. Prezident Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli "İnsan hüquq azadlıqlarının müdafiəsinə dair" fərmanı "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli sərəncamı ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını sürətləndirdi. Bu fərman Azərbaycan Respublikasında insan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin İnsan Hüquqlarına dair Ümumi Bəyannaməsinin qəbul edilməsinin 50 illiyi ərəfəsində ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi insan hüquqlarını qorumaq sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə respublikanın ali dövlət hakimiyyəti orqanlarına, insan hüquqları üzrə müvəkkilə (ombudsmana) bir sıra tövsiyələr tapşırıqlar verirdi.

Dövlətin öz üzərinə götürdüyü mühüm beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər sırasında 2002-ci il avqustun 24- keçirilmiş referendum nəticəsində Konstitusiyaya dəyişikliklərin edilməsi, habelə "Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun qəbul edilməsi xüsusilə qeyd olunmalıdır. Bu tədbirlərin həyata keçirilməsinin əsas qayəsi ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, insan hüquqlarının daha etibarlı milli təminatı mexanizminin yaradılması, məhkəmə islahatları ilə bağlı dəyişikliklərin daha da möhkəmləndirilməsi, dövlət idarəçiliyi sisteminin hakimiyyət bölgüsü prinsipinin tələblərinə uyğunlaşdırılması, dövlətin idarə edilməsi prosesinin optimallaşdırılması ilə bağlı olmuşdur. Referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə dəyişikliklərdən ən vacib olanları hər kəsin məhkəmə müdafiəsi hüququnun möhkəmləndirilməsi, Ombudsmanın Konstitusiya Məhkəməsinə müraciət etmək səlahiyyətlərinin, eləcə sıravi vətəndaşların pozulmuş konstitusion hüquq azadlıqlarının təmin olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etməsi imkanlarının təsbitindən ibarət idi. Bununla, Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndi, onun Konstitusiyanın hüquqi mühafizəsi sistemində əhəmiyyəti artmış oldu. Digər tərəfdən, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən, qanunçuluq hüquq qaydasının təmin edilməsində mühüm rol oynayan prokurorluğa da digər dövlət orqanları ilə yanaşı, qanunvericilik təşəbbüsü hüququ verildi.

İnsan hüquqlarına dair milli norma standartların Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında "Azərbaycan Respublikasında İnsan hüquq azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunu da qəbul edildi. Həmin qanun ölkəmizdə əsas hüquq azadlıqların təsbitini möhkəmləndirməklə yanaşı, onların realizəsi üçün mühüm mexanizmləri müəyyənləşdirmiş oldu.

İslahatların səmərəliliyini sonrakı dövrlər üçün əhəmiyyətini göstərən mühüm xüsusiyyətlərdən biri məhkəmə-hüquq sisteminin humanistləşdirilməsi meyli idi. Bunun əsas göstəricilərindən biri kimi 1995-ci ildən etibarən amnistiya əfvetmə institutlarının geniş şəkildə tətbiqidir.

İlk dövrdə respublikamızda amnistiya ilə bağlı xüsusi qanunvericilik aktı olmasa da, Heydər Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi amnistiya qərarları layihələri xüsusi ictimai təhlükə kəsb etməyən məhkumların azadlığa buraxılmaları təmin edirdi. Bütövlükdə, 1995-2003- illərdə dövlət başçısının təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi yeddi "Amnistiya haqqında" qərar 60 mindən artıq şəxsə şamil edilmişdi.

Humanizm, insan hüquq azadlıqlarının təmin edilməsi dövlətimizin ölüm hökmünün təyini icrası məsələlərinə münasibətdə öz əksini tapıb. Hüquq islahatlarının başlanğıc fazasında ölüm hökmünün icrası üzərində moratorium qoyulmuş, daha sonra isə qanunla onun tətbiqinin əsasları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə müraciət əsasında qəbul edilmiş "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual İslah-Əmək Məcəllələrinə dəyişikliklər əlavələr edilməsi haqqında" 10 fevral 1998-ci il tarixli qanunla ölüm hökmü tamamilə ləğv edilmişdir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən hüquqi islahatların ikinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatların yaradılması ilə yanaşı, mövcud hüquq-mühafizə sistemi fəaliyyəti təkmilləşdirildi, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırıldı. Eyni zamanda, beynəlxalq hüquqi prinsiplərə hüquqyaratmanın müasir, mütərəqqi tələblərinə uyğun qanunlar məcəllələr qəbul edildi. Başqa sözlə, sistemlilik kompleksli yanaşma aparılmış islahatların əsas, başlıca məziyyətlərindən biri oldu.

Hüquqi islahatların mühüm xüsusiyyətlərindən biri onların geniş ictimai müzakirələrlə müşayiət olunmasıdır. Təsadüfi deyil ki, bütün əhəmiyyətli, fundamental qanunvericilik aktları müvafiq dövlət orqanları ilə yanaşı, ictimaiyyətin, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə təşkil edilən müzakirələrdə nəzərdən keçirilmiş, onların məzmunu ilə bağlı fikir mübadilələri aparılmışdır. Bu günün özündə həmin mütərəqqi ənənə davam edir, ictimaiyyəti narahat edən hüquqi problemlərlə bağlı səlahiyyətli dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə hüquqşünas-alimlərin vaxtaşırı görüşləri keçirilir.

Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycanın demokratik hüquqi dövlətçilik standartlarına cavab verən məhkəmə hüquq sistemləri qurulmuşdur. Aparılan islahatların səmərəliliyinin, gərgin əməyin bəhrəsinin əsas göstəricilərindən biri bu yolun uğurla davamıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılan məhkəmə-hüquq islahatları prosesi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müəyyən etdiyi siyasi kurs çərçivəsində ardıcıllıqla müvəffəqiyyətlə davam etdirilir.

Rövşən İSMAYILOV,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin hakimi,

Əməkdar hüquqşünas.