Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Digər xəbərlər

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanHeydər Əliyev adına Müasir Təhsil Kompleksihaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 2001-ci il sentyabr ayının 1- ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmış Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biri olaraq özündə bağça-məktəb fəaliyyətini birləşdirən təhsil ocağıdır.

Təhsil müəssisəsi üç hissədən - uşaq bağçası, orta ümumtəhsil məktəbi orta məktəbdən ibarətdir onların hər birində üç bölmə - Azərbaycan, rus ingilis bölmələri fəaliyyət göstərir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. İngilis bölməsində dərslər "Cambridge" proqramı əsasında keçirilir. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir.

Son illərdə bu təhsil ocağına maraq artıb nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, məktəb üçün yeni binanın tikintisi üçün zərurətə çevrildiyindən böyük, müasir dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksək keyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövqoxşayan ən yaraşıqlı binalarından biridir.

Kompleks şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub Heydər Əliyev guşəsi yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət qayğısını əks etdirən guşə yaradılıb. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya biologiya laboratoriyalarında tətbiqi üçün zəruri avadanlıq quraşdırılıb. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə "Sosial-fəal məktəb" konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada balacaların intellektual, fiziki əqli inkişafı, onların istedad qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzindədir.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm Azərbaycanda təhsilin elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı olduğunu göstərir.

Respublika”.