Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Siyasət

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu

Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəlişi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004- il tarixli fərmanına əsasən bir sıra dövlət əhəmiyyətli sənaye, təhsil, mədəniyyət, idman müəssisələrinə onun adı verilmişdir.

Bugünkü sayımızda həmin müəssisələrdən biri olanBakı Dərin Özüllər Zavoduhaqqında yığcam məlumatı oxucularımıza təqdim edirik.

1978-ci ildə təməli qoyulan Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) əsas məhsulu dənizdə neft qaz yataqlarının işlənməsi üçün dərin özüllərdir. Zavod dərin dəniz özüllərinin layihələndirilməsi, hazırlanması, quraşdırılması, suya buraxılması, təyinat yerinə nəqli, layihə nöqtəsinə qoyulması, dayaqların bərkidilməsi istismara buraxılması ilə məşğuldur. Bakının Qaradağ rayonunda, 190,64 ha ərazidə yerləşən BDÖZ ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq eyni vaxtda 2-3 dərin özüllər bloku yığmağa imkan verir.

1984- ildən başlayaraq BDÖZ-ün stapellərində 200 metrədək olan dərinlik üçün stasionar dəniz platformalarının tikintisi həyata keçirilir. Burada ilk stasionar dəniz özülü 1985-ci ildə quraşdırılaraq suya salınıb. Bu, 6 saylı Stasionar Dəniz Platformasının (SDP) birinci dayaq bloku idi. 1986- ildə bu platformanın ikinci dayaq bloku da tikilərək dənizdə quraşdırılıb.

1992-ci ildə, ilk dəfə olaraq, "bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə müqavilə BDÖZ- uğurla həyata keçirilib. 1994- il sentyabrın 20- "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində zavod fəal iştirak edir. "Əsrin müqaviləsi" imzalanana qədər isə BDÖZ- dənizin 100 metrdən 163 metrədək dərinliyində istismar olunan 11 SDP tikilərək suya salınıb.

BDÖZ, SOCAR-ın tabeçiliyində olan dövlət müəssisəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003- il tarixli Fərmanına əsasən "Şelflayihətikinti" İB ləğv edilərək onun bazasında yaradılıb.

Prezident İlham Əliyevin 2004- il martın 10-da imzaladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə BDÖZ-ə öz yaradıcısının - Ulu Öndərin adı verilib. Həmin il dövlət başçısı İlham Əliyevin iştirakı ilə BDÖZ- Ulu Öndərin abidəsinin təntənəli açılışı olub.

2003- il noyabrın 24- Prezident İlham Əliyev BDÖZ-ün 25 illik yubileyi münasibətilə təşkil olunan tədbirin sonunda jurnalistlərin suallarını cavablandıraraq zavodun əhəmiyyətini vurğulayaq bildirmişdir ki, bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi, bu layihələr elə layihə olaraq qalacaqdı.

Zavod "bp" (Böyük Britaniya), "MacShelf" (ABŞ-Azərbaycan BM), "Petrofak" (ABŞ), "Caspian Shipyard Company LTD" (Sinqapur), "Siemens" (Almaniya), "Rozetti" (İtaliya), "McDermott" (ABŞ), "STAR GULF" (Fransa) şirkətləri ilə müxtəlif səviyyələrdə əməkdaşlıq edib, bir sıra iri layihələr birgə icra olunub.

Azərbaycanda hasil olunan neftin böyük bir hissəsinin çıxarıldığı "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" blokları üst tikililəri, eləcə Cənub Qaz Dəhlizinin ilk seqmentini təşkil edən "Şahdəniz" yatağında quraşdırılan platformanın dayaq blokları Heydər Əliyev adına BDÖZ- inşa olunub.

2020-ci ilin avqust ayında "Qarabağ" layihəsinin Dəniz İşlərinin Başlanğıc Mərasimi keçirilib. Prezident İlham Əliyev SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən BDÖZ- inşa olunan "Qarabağ" yatağının, 2022-ci il dekabrın 13- isə çəkisi 16 min ton, hündürlüyü 153 metr olan "Azəri-Mərkəzi-Şərqi" platformasının dayaq blokunun dənizə yola salınması mərasimlərində iştirak edib.

Respublika”.