Hərbi qulluqçularımıza
Digər xəbərlər

Hərbi qulluqçularımıza "Kurtaran - 2023" təlimində iştirak edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2023" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

“Respublika”.