Hərbi pilotlar təlim-məşq uçuşlarını icra edib
Digər xəbərlər

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyənləşdirilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.