AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Moskva-Bakı": İlham Əliyev "Starwood Capital Group" investisiya şirkətinin rəhbərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12- dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Starwood Capital Group" şirkətinin təsisçisi icraçı direktoru Berri Sternlixi qəbul edib. Bu barədə "Moskva-Bakı" nəşri xəbər yayımlayıb. Yazıda qeyd olunub ki, Berri Sternlix Azərbaycanın regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, Azərbaycan Dövlət Neft Fondu ilə çoxillik möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır onlar gələcəkdə bu əməkdaşlığın dərinləşdirilməsində maraqlıdırlar.

Prezident İlham Əliyev öz növbəsində dünyanın nəhəng qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Neft Fondunun "Starwood Capital Group" şirkəti ilə sıx əlaqələrini müsbət qiymətləndirib mövcud tərəfdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.

Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edilib, xüsusilə alternativ enerji, logistika turizm sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Anadolu agentliyi: Cümhurbaşqanı Ərdoğan Şimali Kipr Türk Respublikasına və Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçilməsindən sonra xarici ölkəyə ilk səfərlərini iyunun 12-13- Şimali Kipr Türk Respublikası Azərbaycana edəcək. Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr idarəsinin yazılı açıqlamasına görə, Prezident Ərdoğanın ŞKTR- səfəri zamanı ikitərəfli münasibətlərin bütün istiqamətlərində atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq adadakı hadisələr regional qlobal ölçülərdə ətraflı araşdırılacaq.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində baş tutacaq təmaslar zamanı beynəlxalq regional hadisələr, eləcə Türkiyə-Azərbaycan münasibətlərinin yeni dövründə irəliləyişə nail olmağa təkan verəcək digər əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılması planlaşdırılır.

 

BELTA: Ermənistan-Azərbaycan münaqişəsi hər iki tərəfin xeyrinə sonlanmalıdır

Belta xəbər saytı Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Ermənistan arasında münaqişənin həllinin faydalı olması ilə bağlı bildirdiyi fikirləri dərc edib. Prezident iyunun 8- KTMT- üzv ölkələrin Təhlükəsizlik Şuralarının katibləri ilə görüşündə bildirib ki, əvvəlki illərdə o, tərəflər arasında münaqişənin həlli üçün çox səy göstərib, Ermənistan Azərbaycan liderləri arasında əməkdaşlıq yaratmağa çalışıb. Onun fikrincə, KTMT Təhlükəsizlik Şuralarının katibləri bu vəziyyətdə kənarda qalmayaraq öz təkliflərini verməlidirlər. "Siz bizim müdafiə təhlükəsizlik məsələləri üzrə əsas köməkçilərimizsiniz" - deyə ölkə başçısı bildirib.

 

Pakistan Observer: Azərbaycanın energetika naziri İRENA-nın baş direktoru ilə görüşüb

Qazaxıstanda keçirilən Astana Beynəlxalq Forumu çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) baş direktoru Françesko La Camera arasında görüş olub.

Bu barədə Pakistan Observer saytı yazır. Məqalədə qeyd olunub ki, görüş zamanı bərpaolunan enerjinin istehsalı ixracı, eləcə yaşıl enerji texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən planlaşdırılan layihələr barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın 2023-2024- illər üçün İRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığı məsələsinə baxılıb. Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində imkanların qiymətləndirilməsinə İRENA-nın dəstəyi ifadə olunub.

 

Mordorintelligence: Azərbaycan neft qazının bazar payı - artıma meyillər proqnozlar (2023-2028)

Mordorintelligence xəbər saytı Azərbaycanın neft-qaz potensialı ilə bağlı analiz xarakterli xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Azərbaycan neft qaz bazarının proqnoz dövründə CAGR-nin (Mürəkkəb İllik Artım Sürəti) 1,5 faiz qeydə alınacağı nəzərdə tutulur.

COVID-19 pandemiyası 2020-ci ildə bazara mənfi təsir göstərib. Lakin bununla belə, bazar indi pandemiyadan əvvəlki səviyyəyə çatıb. BP Total kimi beynəlxalq neft qaz şirkətlərinin, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə quruda dənizdə bir sıra yataqların kəşfiyyatı hasilatı üzrə birgə müəssisələrin mövcudluğu bazarın inkişafına təkan verir.

Azərbaycanın neft qaz bazarı əməliyyat yerləşdiyi yerə görə seqmentlərə bölünür. Fəaliyyətinə görə kəşfiyyat, inkişaf hasilata bazara aiddir. Hər bir seqment üçün bazar ölçüsü proqnozlar gəlir (milyard ABŞ dolları) əsasında hazırlanıb.

Azərbaycan dəniz platformalarından xam neft hasilatına başlayan ilk ölkələrdən biri olub. O, dəniz regionunda xam neft, təbii qaz karbohidrogen potensialına malikdir.

Azərbaycanın Azəri-Günəşli (AÇG) işlənmə sahəsi 432,4 kvadrat-kilometr olan Xəzər dənizində ən böyük neft yatağıdır. Burada 5-6 milyard barel ehtiyat, BP, Equinor, Total s. kimi xarici operatorlardan cəlb edilmiş investisiyalar mövcuddur.

Ölkədə təbii qaz hasilatı 2020-ci ildəki 25,9 milyard kubmetrdən 22,77 faiz artaraq 2021-ci ildə 31,8 milyard kubmetrə, qaz istehlakı 2,4 faiz artaraq 2020-ci ildəki 12,4 milyard kubmetrdən 2021-ci ildə 12,7 milyard kubmetrə çatıb.

"Respublika".