Hayastanın sülh razılığı sözdə deyil, əməldə olmalıdır
Siyasət

Hayastanın sülh razılığı sözdə deyil, əməldə olmalıdır

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfinin səriştəsizliyi ucbatından regionda davamlı sülhün əldə edilməsi mümkün olmayıb. Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin bu günə qədər uzanmasına əsas səbəb İrəvan hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Zaman-zaman Ermənistan rəhbərliyi sülh müqaviləsi imzalanmasına razı olduqlarını bəyan etsələr , əməlləri ilə dedikləri üst-üstə düşməyib.

İki ölkə arasında 30 ilə yaxın davam edən Qarabağ münaqişəsi sonda Müzəffər Ordumuzun qalibiyyəti ilə nəticələnsə qarşı tərəf bununla tam olaraq razılaşmaq istəmir. Onlar hələ güman edir ki, kənardan hansısa bir qüvvə gəlib bu münaqişəyə müdaxilə edəcək, yenidən Cənubi Qafqazda üstünlük erməni faşizminin əlinə keçəcək. Belə bir hal isə indiki halda qeyri-mümkün görünür. Çünki hazırda ölkəmiz yerləşdiyi materikin ən aparıcı aktoruna çevrilmişdir. Bu baxımdan deyə bilərik ki, istisna ölkələri kənara qoymaqla heç bir dövlət Azərbaycanla düşmən kimi qarşı-qarşı gəlmək istəməz. Ermənilərin ən çox ümid bəslədiyi kollektiv qərb şimal qonşumuz belə son danışıqlarda ölkə liderlərinin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımasını dəstəkləmişdir. Uzun illərdir sülh çağırışına adekvat cavab verməyən Ermənistanın son olaraq Brüssel sülh gündəliyi adlandırdığımız formatda Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması sülh üçün böyük bir addım olsa da, ancaq şərti sərhəddə sülhməramlı kontingentin nəzarətində olan ərazilərdə erməni hərbçilərinin atəşkəsə əməl etməməsi söz əməl arasında ziddiyyətin olduğunu göstərir. İlk öncə münasibətlərin normallaşması üçün Ermənistanın 10 noyabr Bəyanatına əməl etməsi vacib şərtdir. Üçtərəfli Bəyanatın müddəalarına əsasən erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi qarşı tərəf üçün ən vacib öhdəliklərdən biridir. Ermənistanın bu şərtə qeyd-şərtsiz əməl etdiyi təqdirdə sülh müqaviləsinin imzalanması real görünə bilər. Əks halda, regionda təhlükəsizliyin təmin olması sadəcə bir xəyal olaraq qalacaq. Bundan savayı, Nikol Paşinyanın sülh prosesində praktik addımlar atmasının önündə gələn digər bir amil Ermənistan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklərin edilməsidir. Belə ki, 1990- il 23 avqust tarixində Ermənistan müstəqillik haqqında bəyannamə qəbul edərkən Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edib. Bu qeyri-qanuni hal 1995-ci ildə qəbul edilmiş Konstitusiya preambulasında 2005, 2015-ci illərdə Konstitusiyaya edilən düzəlişlərdə toxunulmaz olaraq qalıb. Düzdür, Ermənistan Konstitusiyasında belə bir yanaşmanın olmasının beynəlxalq hüquqa sülh müqaviləsinin bağlanmasına heç bir təsir gücü olmasa da, İrəvan rəhbərliyinin bu müddəalara düzəlişlər etməsi onların sülh prosesinə ciddi yanaşdıqlarını göstərə bilər.

Nikol Paşinyanın "sülh" çağırışlarına zidd olan bəzi məqamlar da mövcudluğunu saxlamaqda davam edir. Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya demarkasiyasını 1975-ci il xəritələrinə əsaslandırmağa çalışsa da Praqa, həm Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün suverenliyin qarşılıqlı tanınması əsasında, BMT nizamnaməsinə, eləcə Alma-Ata bəyannaməsinə istinadən olması razılaşdırılıb. Paşinyanın sağ əli olan hər zaman təxribatçı çıxışları ilə gündəmə gələn Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yenidən Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmağa cəhd edir. Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində bir sıra məsələləri təhrif edərək beynəlxalq arenada çaşqınlıq yaratmağa təşəbbüs göstər Qriqoryan onun kimilər bilməlidir ki, regionda baş verən hadisələr onların diktəsilə deyil, Azərbaycanın razılığı təşəbbüsü ilə həyata keçir. Bir tərəfdən, ərazi bütövlüyünün qarşılıqlı tanınmasının vacib olduğunu qeyd edən Armen Qriqoryan, digər tərəfdən Azərbaycan ərazilərinin Ermənistanın tərkib hissəsi kimi göstərildiyi xəritənin önündə şəkil çəkdirməsi hələ onların "böyük Ermənistan" xülyasında yaşamasından xəbər verir.

Musa BAĞIRLI,

"Respublika".