Gürcü jurnalist: Fransada Azərbaycan jurnalistlərinə hücum konkret olaraq cinayət əməlidir
Digər xəbərlər

Gürcü jurnalist: Fransada Azərbaycan jurnalistlərinə hücum konkret olaraq cinayət əməlidir

Fransada peşə fəaliyyətini yerinə yetirən Azərbaycan jurnalistlərinə hücum konkret olaraq cinayət əməlidir bu əməli törədənlər mütləq şəkildə cəzalarını almalıdırlar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın “newsday.ge” informasiya portalının baş direktoru Avtandil Otinaşvili söyləyib.

Gürcü jurnalist qeyd edib ki, Fransada azərbaycanlı jurnalistlərə hücum hadisəsi Fransa hakimiyyətinin öz dövlətində baş verən hadisələrə nəzarət edə bilmədiyini göstərir. Bu ölkənin hakimiyyəti öz qanunlarına riayət edilməsini təmin edə bilmir.

A.Otinaşvili deyib: “Biz söz azadlığını təmin etməklə məşğul oluruq. Jurnalistlərə hücum edən insanlar söz azadlığına qarşı cinayət törədirlər. Fransadakı etirazçılar hakimiyyətin məcburi cəza tədbirlərinə qarşı çıxırlar. Münaqişə hadisələri zamanı jurnalistlər heç kimin tərəfini tutmurlar, bu hadisələri işıqlandırırlar. Jurnalistlərə qarşı zorakılıq yolverilməzidir və mən jurnalist olaraq hər hansı bir zorakılığı qətiyyətlə qınayıram”.